...

Azərbaycan və Makedoniyanın gömrük xidmətləri saziş imzalayıb (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Aprel 2012 11:47 (UTC +04:00)
Bakıda cümə axşamı Azərbaycan və Makedoniyanın gömrük xidmətləri gömrük sahəsində əməkdaşlığın genişləndirilməsi haqqında saziş imzalayıblar.
Azərbaycan və Makedoniyanın gömrük xidmətləri saziş imzalayıb (ƏLAVƏ OLUNUB)

İkinci abzasdan sonra təfərrüatlar əlavə olunub (Birinci xəbər saat 11:11-də yayılıb)

Azərbaycan, Bakı, 12 aprel / Trend, müxbir A.Axundov/

Bakıda cümə axşamı Azərbaycan və Makedoniyanın gömrük xidmətləri gömrük sahəsində əməkdaşlığın genişləndirilməsi haqqında saziş imzalayıblar.

İmzalama mərasimi Bakıda keçirilən Ümumdünya Gömrük Təşkilatının Avropa regionunun gömrük xidmətləri rəhbərlərinin konfransı çərçivəsində baş tutub.

"Saziş gömrük fəaliyyətinin müxtəlif istiqamətləri üzrə qarşılıqlı köməyin göstərilməsini nəzərdə tutur", - Azərbaycan Dövləvt Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev imzalanma mərasimindən sonra jurnalistlərə bildirib.

Onun sözlərinə görə, iki ölkənin gömrük xidmətləri qaçaqmalçılıqla mübarizə və təhlükəsizliyin təmin olunması məsələləri üzrə sıx əməkdaşlıq edəcəklər.

"DGK 40-dan artıq ölkə ilə belə sazişlər imzalayıb. Hazırda komitə Cənubi Amerikanın bir sıra ölkələri, eləcə də Küveyt, Qətər və digərləri ilə sazişlərin hazırlanması üzrə işləri davam etdirir", - Əliyev bildirib.

Xəbər lenti

Xəbər lenti