...

Almaniyaya ixtisasartırma kurslarına üç il ərzində 88 azərbaycanlı menecer göndərilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Aprel 2012 17:56 (UTC +04:00)
2009-2011-ci illər ərzində Almaniyaya ixtisasartırma kurslarına 88 nəfər azərbaycanlı sahibkar və gənc menecer göndərilib.
Almaniyaya ixtisasartırma kurslarına üç il ərzində 88 azərbaycanlı menecer göndərilib

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir Ə.Həsənov/

2009-2011-ci illər ərzində Almaniyaya ixtisasartırma kurslarına 88 nəfər azərbaycanlı sahibkar və gənc menecer göndərilib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov bildirib.

Onun sözlərinə görə, xüsusən 2011-ci ildə 52 menecer kurslarda iştirak etmək imkanı əldə edib.

2009-ci ildən özəl sektorda biznesin idarə edilməsi üçün kadrların hazırlığı proqramı çərçivəsində Azərbaycan şirkətlərinin gənc menecerləri Almaniyadakı kurslarda iştirak imkanına malikdir.

"Bu sahibkarlar iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən kənd təsərrüfatında çalışırlar, - Fərruxov qeyd edib. - Bu kurslar əsasən beynəlxlaq əlaqələrin qurulması, innovasiyalarla tanışlıq məqsədini güdür".

Kurslar çərçivəsində azərbaycanlı menecerlərin Bonn və Berlində fəaliyyət göstərən Almaniya şirkətlərinin menecerlərinin işləri ilə tanış olmaq imkanı var. Azərbaycan Almaniyanın özəl sektorda biznesin idarə edilməsi üçün kadrların hazırlığı proqramını reallaşdırdığı 13 ölkədən biridir.

Kursların keçirilmə müddəti bir aydır. Təlimlərin yekununda sertifikatlar verilir.

"Mövcud proqram daim inkişaf edir və hazırda ingilis dilində təlimlərlə yanaşı, rus dilində də təlimlərin təşkili imkanları müzakirə edilir", - mərkəzin rəhbəri vurğulayıb.

Kurslar Almaniyanın İqtisadiyyat və Texnologiyalar Federal Nazirliyi və Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə keçirilir. Təlimlərin təşkilati məsələləri ilə Almaniyanın "InWent" şirkəti məşğul olur.

Xəbər lenti

Xəbər lenti