...

Azərbaycanda dəmir yolu təsərrüfatlarına baxış keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2012 11:39 (UTC +04:00)
Aprelin 15-də “Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin təsərrüfatlarına yaz baxışı keçiriləcək.
Azərbaycanda dəmir yolu təsərrüfatlarına baxış keçiriləcək

Azərbaycan, Bakı, 14 aprel / Trend müxbir İ.İsabalayeva/

Aprelin 15-də "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin təsərrüfatlarına yaz baxışı keçiriləcək. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov şənbə günü Trend-ə bildirib ki, kampaniyada təsərrüfatların və tikililərin saxlanışı vəziyyəti, eyni zamanda stansiyalarda, müəssisələrdə, təşkilatlarda hərəkətin təhlükəsizliyinin təmin olunması, ətraf mühitin qorunması və texniki təhlükəsizlik qaydalarına riayət olunması yoxlanılacaq.

Böyük-Kəsik stansiyasından başlayacaq tədbir sonrakı hərəkət xətti -Böyük Kəsik-Haçıqabul, Horadiz -Osmanlı, Astara-Şirvan-Ələt, Yalama-Sumqayıt, Ələt-Biləcəri, Abşeron sahəsi, Biləcəri, Bakı-sərnişin, Bakı-yük, Keşlə, H.Z.Tağıyev -çeşidləmə, Güzdək, Xırdalan stansiyaları və dəmir yolunun bütün qolları olmaqla, sahə və istiqamətlər üzrə davam edəcək.

Xəbər lenti

Xəbər lenti