...

Vergi işçiləri arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat turnirinə start verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2012 13:43 (UTC +04:00)
Aprel ayının 14-də Yasamal rayon Şahmat və Dama Mərkəzində vergi xidməti əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş ənənəvi şahmat turnirinin açılış mərasimi keçirilmişdir.
Vergi işçiləri arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat turnirinə start verilib

Azərbaycan, Bakı, 16 aprel /Trend/

Aprel ayının 14-də Yasamal rayon Şahmat və Dama Mərkəzində vergi xidməti əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş ənənəvi şahmat turnirinin açılış mərasimi keçirilmişdir. Turnir Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən təşkil edilmişdir.

Vergilər nazirliyindən Trend-ə verilən məlumata görə, turnirin iştirakçılarını salamlayan vergilər nazirinin müşaviri Günay Cəfərli bildirmişdir ki, Azərbaycanda şahmat tarixən geniş yayılmış ənənəvi idman növlərindən biridir. Lakin ölkəmizdə şahmatın inkişafı, onun indiki səviyyəyə çatması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun Azərbaycana rəhbərlik etdiyi dövrdə şahmatın inkişafına göstərilən diqqət və qayğı nəticəsində ölkənin bir çox şəhər və rayonlarında onlarla şahmat məktəbləri və klublar açılmış, şahmata maraq kütləvi xarakter almış və Azərbaycan şahmat məktəbi formalaşmağa başlamışdır.

Cəfərli Prezident İlham Əliyevin bu gün şahmatın inkişafına böyük diqqət yetirdiyini, bu məqsədlə 2009-cu ildə respublikamızda şahmatın inkişaf etdirilməsi haqqında ayrıca sərəncam imzalandığını vurğulamışdır.

Qeyd edilmişdir ki, şahmatçılara göstərilən dövlət qayğısının nəticəsində onların beynəlxalq yarışlarda qazandıqları nailiyyətlərin sayı gündən-günə artır. Müstəqilliyini bərpa edənədək Azərbaycanda beynəlxalq ada sahib cəmi 5 şahmatçı vardı, lakin hazırda beynəlxalq qrossmeyster, beynəlxalq usta, FİDE ustası adına malik şahmatçıların sayı onlarladır. Şahmat üzrə milli komandamız 2010 və 2011-ci illərdə keçirilmiş Avropa Çempionatında ən yüksək yerləri tutmuşlar.

Turnirdə vergi orqanlarının bütün struktur bölmələrindən 32 nəfər əməkdaş iştirak edir. Olimpiya sistemi üzrə keçirilən turnir may ayının 5-də başa çatacaqdır.

Xəbər lenti

Xəbər lenti