...

"Ekoloji təmiz kənd təsərrüfatı: əsasları və perspektivləri" mövzusunda növbəti distant təlim keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2012 13:48 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə distant təlimlərin keçirilməsinə başlanmışdır.
"Ekoloji təmiz kənd təsərrüfatı: əsasları və perspektivləri" mövzusunda növbəti distant təlim keçirilib

Azərbaycan, Bakı, 16 aprel /Trend/

İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə distant təlimlərin keçirilməsinə başlanmışdır.

Nazirlikdən Trend-ə verilən məlumata görə, növbəti distant təlim aprelin 14-də "Ekoloji təmiz kənd təsərrüfatı: əsasları və perspektivləri" mövzusunda keçirilmişdir.

İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən aparılan treninqdə Gəncə-Qazax, Lənkəran, Şəki-Zaqatala və Aran iqtisadi rayonlarında iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 30-dan çox sahibkar və menecer iştirak etmişdir.

Təlimdə ekoloji təmiz kənd təsərrüfatının ümumi prinsipləri, ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin təşkili qaydaları və s. barədə ətraflı məlumat verilmişdir.

Qeyd edək ki, distant təlimlərin keçirilməsi barədə elanlar Bakı Biznes Tədris Mərkəzinin www.bbtc.az saytının elanlar bölməsində yerləşdirilir. Sahibkarlar və menecerlər saytın bu bölməsinə müraciət etməklə distant təlimlərdə iştirak edə bilərlər.

Xəbər lenti

Xəbər lenti