...

Azərbaycan bankı "Bank Standard" ödəniş kartları üzrə aksiyasının II mərhələsinə yekun vurub

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2012 13:07 (UTC +04:00)
Aprelin 17-də "Bank Standard"ın baş ofisində müştərilərə loyallıq proqramı, həmçinin kart vasitəsilə ödənişləri stimullaşdırmaq proqramı çərçivəsində "Kartla ödə, "APPLE" qazan!" aksiyasının II mərhələsinin lotereyası keçirildi.
Azərbaycan bankı "Bank Standard" ödəniş kartları üzrə aksiyasının II mərhələsinə yekun vurub

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Aprelin 17-də "Bank Standard"ın baş ofisində müştərilərə loyallıq proqramı, həmçinin kart vasitəsilə ödənişləri stimullaşdırmaq proqramı çərçivəsində "Kartla ödə, "APPLE" qazan!" aksiyasının II mərhələsinin lotereyası keçirildi. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə günü yaydığı məlumatda deyilir.

Lotereyanın qalibiləri Ruslan Abbasov, Rüstəm İbrahimov, Dursuntaqan Guvanjova, Mədinə Quliyeva, Vüsal Əliyev, Dilbər Əsgərova, Anjela Qəmərli, Aytəkin Mustafayeva, Aydın Məmmədov və Tələt Nəbiyev oldular. Qaliblərin hər birinə "iPad2" planşetləri təqdim olunacaq.

Qaliblər öz uduşlarını təhvil almaq üçün tirajın keçirilmə tarixindən etibarən 90 iş günü ərzində Bankın Baş ofisinə (Bakı, Azərbaycan pr., 4) müraciət edə bilərlər.

Qeyd edək ki, "Kartla ödə, "APPLE" qazan!" geniş həcmli aksiyası "Bank Standard" tərəfindən buraxılan kart sahibiləri üçün nəzərdə tutulub. Aksiya 4 mərhələdə keçirilir və 2012-ci ilin sentyabr ayının sonunadək davam edəcək. Bu mərhələlərin hər birində ardıcıl olaraq 10 ədəd MacBook Pro noutbuku, daha sonra 10 ədəd i-Pad2 planşeti, 10 ədəd i-Phone mobil telefonu və nəhayət 10 ədəd MacBook Air noutbuku oynanılır. Aprelin 1-dən iyun ayının 30-dək davam edəcək aksiyanın növbəti, sayca III mərhələsinin uduş fondunu 10 ədəd iPhone mobil telefonunun satışda olan ən son modeli təşkil edir.

Aksiyada iştirak etmək üçün bankın plastik kartı ilə POS-terminal, bankomat (ATM), habelə "Mobil Bank" xidməti vasitəsilə və ya İnternetdə ödənış aparmaq lazımdır. Kartlar vasitəsilə ödənilən hər 10 şərti vahid (AZN, USD, GBP, EUR) kart sahibinə bir lotereya şansı qazandırır.

Lotereya şansları kart vasitəsilə ödənişlərlə yanaşı, "Bank Standard"ın kart məhsullarını əldə etmək müqabilində də verilir.

Bankın uduşlu aksiyaları haqda daha ətraflı məlumatı www.bankstandard.com saytından, bankın Məlumat mərkəzinin 158 nömrəsindən (gecə-gündüz), eləcə də www.facebook.com/BankStandard.KB səhifəsindən əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti