...

Dövlət Neft Fondunun aktivləri 8,6 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Aprel 2012 11:59 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2012-ci ilin yanvar-mart ayları ərzində büdcə gəlirləri 3 586,9 milyon manat, büdcə xərcləri isə 1 919,9 milyon manat təşkil edib.
Dövlət Neft Fondunun aktivləri 8,6 faiz artıb

Azərbaycan, Bakı, 19 aprel /Trend/

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2012-ci ilin yanvar-mart ayları ərzində büdcə gəlirləri 3 586,9 milyon manat, büdcə xərcləri isə 1 919,9 milyon manat təşkil edib.

Fonddan cümə axşamı Trend-ə verilən məlumata görə, 2012-ci ilin yanvar-mart ayları ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3 352,4 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 3 349,4 milyon manat, tranzit gəlirləri 1,3 milyon manat, bonus ödənişləri 1,6 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,1 milyon manat təşkil edib.

Ötən rüb ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 234,5 milyon manata bərabər olub.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar gəliri 336,1 milyon manat təşkil edib.

Hesabat dövrü ərzində Neft Fondunun 2012-ci il büdcəsinin icrası çərçivəsində 1 839,8 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 48,7 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 20,8 milyon manat vəsait ayrılıb. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə Neft Fondundan 3,7 milyon manat vəsait ayrılıb. 4,8 milyon manat "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə yönəldilib. 2012-ci ilin ilin I rübü ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 2,1 milyon manat olub.

2012-ci il aprelin 1-nə Fondun aktivləri 2012-ci ilin əvvəlinə (29 800,0 milyon ABŞ dolları) nisbətən 8,6% artaraq 32 359,4 milyon ABŞ dollarına bərabər olub.

2012-ci ilin I rübündən etibarən Neft Fondu qızılın alınmasına başlayıb və bu dövr ərzində qızılın miqdarı 2 ton 804 kq (90 143 unsiya) təşkil edib.

Xəbər lenti

Xəbər lenti