...

İqtisadi tərəfdaşlıq üzrə Amerika-Azərbaycan komissiyası strateji dialoqu təmin edir – Dövlət Departamenti

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Aprel 2012 10:48 (UTC +04:00)
İqtisadi tərəfdaşlıq üzrə Amerika-Azərbaycan komissiyası ABŞ və Azərbaycan arasında iqtisadi və ticarət əməkdaşlığı üçün imkanları öyrənməyə şərait yaradan strateji dialoqu təmin edir.
İqtisadi tərəfdaşlıq üzrə Amerika-Azərbaycan  komissiyası strateji dialoqu təmin edir – Dövlət Departamenti

Azərbaycan, Bakı, 20 mart / Trend, müxbir E.Tariverdiyeva/

İqtisadi tərəfdaşlıq üzrə Amerika-Azərbaycan komissiyası ABŞ və Azərbaycan arasında iqtisadi və ticarət əməkdaşlığı üçün imkanları öyrənməyə şərait yaradan strateji dialoqu təmin edir. Trend-in məlumatına görə, bu barədə brifinqdə jurnalistlərə ABŞ Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin müavini Mark Toner məlumat verib. Bu barədə cümə günü Departamentin saytı məlumat verib.

ABŞ-da İqtisadi əməkdaşlıq üzrə Amerika-Azərbaycan hökumətlərarası komissiyasının III iclası keçirilib. Bu barədə dünən Azərbaycanın Maliyyə Nazirliyi məlumat verib.

Maliyyə naziri Samir Şərifovun və ABŞ dövlət katibinin iqtisadi inkişaf, energetika və ətraf mühit məsələləri üzrə müavini Robert Qormatsın həmsədrlikləri altında keçirilən iclasda müxtəlif sahələrdə ikitərəfli əlaqələrin cari vəziyyəti və əməkdaşlığın perspektivləri müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti