...

Metanolun meydana gəlməsi ilə qazıntı yanacaq növlərinin dövrü sona çatır

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Aprel 2012 10:00 (UTC +04:00)
Metanolun meydana gəlməsi ilə qazıntı yanacaq növlərinin dövrü sona çatır
Metanolun meydana gəlməsi ilə qazıntı yanacaq növlərinin dövrü sona çatır

Ekoloji təmiz enerji mənbələri və texniki yeniliklər haqqında olan dünya şöhrətli "Clean Technica" internet səhifəsinin aprel ayı buraxılışında tanınmış redaktor və prodüser Qlenn Meyersin nəqliyyat vasitələri üçün yanacaq kimi istifadə olunan Metanolun üstünlüklərindən bəhs edən məqaləsi dərc olunmuşdur.

Məşhur "Green Building Elements" internet səhifəsinin direktoru və "Green Streets Media Train"in yaradıcısı olan Qlenn Meyers həm təhsil sahəsi, həm də korporativ sektor üçün televiziya və məsafədən tədris proqramlarının işlənib hazırlanmasında, buraxılmasında və yayılmasında iştirak edir.

Meyers öz məqaləsində yazır ki, təbii qazla işləyən nasoslara qeyd-şərtsiz olaraq öyrəşmiş və özlərini qazıntı yanacaq növlərinin dövrü ilə bağlayanlar artıq reallığa açıq gözlə baxmalı və alternativ yolları nəzərdən keçirməlidirlər, baxmayaraq ki, bu alternativlər, ümumi götürdükdə, hələ ki, istənildiyi kimi istifadə olunmurlar. Qarşıda duran "İndianapolis 500" yarışlarında yarış avtomobillərini hərəkətə gətirəcək metanol yanacağını bu cür alternativlər siyahısının baş hissəsində yerləşdirməyə dəyər. Nəticə etibarilə, metanol, şübhəsiz ki, yerin iqliminə xeyli az mənfi təsir göstərəcək və üstəlik, onun qiyməti də benzindən xeyli ucuzdur.

Məqalədə metanolun nəqliyyat vasitələri üçün yanacaq kimi seçilməsi haqqında videofilmlə yanaşı Metanol İnstitutu tərəfindən təqdim olunmuş məlumatlar da təqdim olunub.

Məqalədə yazılır: "Ən əsas spirt kimi metanolun nəqliyyat vasitələri üçün yanacaq kimi seçilməsinə üstünlük qazandıran amillər onun effektiv yanma xassələri, paylanmanın asan olması və bütün dünyada geniş yayılmış və əldə oluna bilən yanacaq növü olmasıdır. Nəqliyyat sahəsində metanol üç əsas üsulla istifadə olunur - birbaşa yanacaq kimi və yaxud benzinlə qarışdırılaraq; dimetil efirinə (DME) çevrildikdən sonra dizel yanacağını əvəz edən yanacaq kimi istifadə oluna bilər və yaxud biodizel yanacağının istehsalı prosesinin bir hissəsini təşkil edə bilər".

YouTube saytında yerləşdirilmiş videofilmdə metanolun nəqliyyat vasitələrində istifadə olunmasına dair ingilis dilində bəzi məlumatlar təqdim olunur:

http://www.youtube.com/watch?feature=player_embedded&v=WnRF05_MOe0
Mənbə: Clean Technica (http://s.tt/19rG6)

Xəbər lenti

Xəbər lenti