...

flydubai Ərəb Turizm Sərgisində iştirak edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Aprel 2012 12:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel /Trend/

Dubayın qənaətcil flydubai aviaşirkəti bu il Ərəb Turizm Sərgisində ilk dəfə iştirak edərək, özünün daim inkişaf edən marşrut şəbəkəsi və geniş çeşidli mütərəqqi xidmətləri ilə qonaqları tanış edəcək. Bu barədə aviaşirkətin bazar ertəsi yaydığı məlumatda deyilir.

19-cu dəfə keçirilən Arabian Travel Market regionun ən irimiqyaslı hadisəsi və dünya üzrə turizm sahəsinin ən mühüm tədbirlərindən biridir. 2011-ci ildə 2 200 şirkət və 22 000 ziyarətçini bir araya gətirən sərgi, bu il Dubayın Beynəlxalq Sərgi Mərkəzində Aprelin 30-dan Mayın 3-dək davam edəcək.

flydubai-ın ikimərtəbəli interaktiv stendi qonaqlara aviaşirkətin göstərdiyi xidmətlərin üstünlüklərini nümayiş etdirəcək, qonaqlara İFE əyləncə sistemi, həmçinin, müasir bronlaşdırma və ödəmə üsullarını sınaqdan keçirməyə imkan verəcək.

Cəmi üç il ərzində flydubai aviaşirkəti Dubay Beynəlxalq hava limanının sayca ikinci ən iri nəqliyyat daşıyıcısına çevrilib. Aviaşirkət Yaxın Şərq üzrə məhsuldar marşrut şəbəkəsi quraraq, Səüdiyyə Ərəbistanının Əba, Qəssim və Yanbu şəhərlərinə ilk beynəlxalq hava yolu açıb. Qənaətcil aviaşirkətlər arasında məhz flydubai Rusiyanın Kazan və Ukraynanın Xarkov şəhərlərinə birbaşa reyslər həyata keçirir.

Aviaşirkətin nailiyyətlərini şərh edən flydubai-ın başçısı Qeyt Əl Qeyt deyir: "Yaxın Şərqin turizm və səyahət sənayesində artım davam edir. 2011-ci ildə regionu 55 milyon insan ziyarət edib. Müqayisə üçün, 1990-cı ildə bu rəqəm 18 milyona bərəbər idi. Cari ilin yekunlarına görə biz 5% civarında artıma doğru tendensiyanın qorunmasını gözləyirik. Bu cür müsbət dinamika, o cümlədən, fydubai kimi səyahətçilər üçün əlverişli qiymətlərlə yeni uçüş istiqamətləri açan qənaətcil aviaşirkətlərin yaranması sayəsində əldə edilmişdir".

flydubai aviaşirkəti ən son, müasir texnologiyaların tətbiqi sahəsində qabaqcıl mövqeyə malikdir. Aviaşirkətin təyyarələri Lumexis şirkətinin 'Fiber-To-The-Screen®' ('FTTS®') optik -lif əyləncə sistemləri ilə təchiz ediliblər. Uçuş zamanı sərnişinlərə 500 saatdan artıq əyləncələr təklif olunur: 156 fim, 161 televiziya proqramı və 288 musiqi albomu. Üstəlik, sərnişinlər ingilis dilli Emirates 24/7 resursu, habelə, Al Bayan və Emarat Al Youm gündəlik qəzetlərin elektron versiyalarından istifadə edərək ən son hadisələrdən xəbərdar olurlar.

Hazırda flydubai aviaşirkətinin hava yolu şəbəkəsi Fars körfəzi, Orta Şərq, Afrika, Hindistan, Asiya və Avropa daxil olmaqla 29 ölkəni, 45-dən artıq istiqaməti əhatə edir.

Biletin qiymətinə bütün vergilər və çəkisi 7 kiloya qədər olan əl yükü və yaxud kiçik çanta daxildir. Digər xidmətlər isə (yükdaşıma xidməti, ayaqlar üçün geniş sahəli yerlər, sərinləşdirici içkilər, əyləncə sistemindən istifadə) pulludur. Beləliklə, sərnişin məhz ona lazım olan xidmətlərdən istifadə edərək, xərclərinı nəzarət altında saxlayır.

Aviareyslərə biletləri flydubai aviaşirkətinin saytı vasitəsi ilə (www.flydubai.com), telefon ilə - Dubayda (+9714 231 1000), Sanada (+9671 446 750 ) və yaxud turizm şirkətlərindən əldə etmək olar.

Dubayın birinci büdcə aviaşirkəti "Flydubai" Dubay hökuməti tərəfindən 2008-ci ilin martında yaradılıb və 2009-cu il iyunun 1-də uçuşlarını yerinə yetirməyə başlayıb. Hal-hazırda aviaşirkət marşrut şəbəkəsini 46 istiqamətə kimi (Fars körfəzi, Yaxın Şərq, Şimali Afrika, Hindistan, Kiçik Asiya və Avropanın bir hissəsi daxil olmaqla) genişləndirib. Bu ərazilər üzərində aviaşirkətin 20 təyyarəsi hava nəqliyyatı xidməti göstərir. Dubay höküməti tərəfindən təsis edilən aviaşirkət, uçuşları daha sadə,rahat və əlverişli qiymətlərlə həyata keçirtməyə çalışıraraq, Dubaya turist axınını artırmağa kömək edir. flydubai aviaşirkətinin məqsədi - səyahətləri daha asan, stress hissindən azad və qənaətcil etməkdir. Şirkətin biznes-modeli qənətcil qiymətlər üzərində qurulub. Aviaşirkət "value-for-money" məhsulunu rəqabətə uyğun təqdim edir. Şirkət Biletləri şirkətin saytından (www.flydubai.com), (+9714 301 0800) telefona zəng edərək və ya turoperatorlardan əldə etmər olar.

Xəbər lenti

Xəbər lenti