...

BVF artıq bu il Azərbaycanın iri bankının özəlləşdirilməsi üzrə konkret addımlar gözləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 May 2012 14:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir A.Axundov/

Beynəlxalq Valyuta Fondu (BVF) 2012-ci ilin sonu - 2013-cü ilin əvvəlinə Azərbaycan Beynəlxalq Bankının (ABB) kapitalında dövlət payının özəlləşdirilməsi üzrə konkret addımlar gözləyir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Bakıda BVF-nin Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin şöbə müdirinin müavini Nadim İlahi missiyanın yekunlarına həsr edilmiş mətbuat konfransında bildirib.

"Missiya rəsmi orqanları tez bir şəkildə və şəffaflıq prinsiplərinə riayət etməklə bankı kiçik hissələrə bölməyə və özəlləşdirməyə çağırır. Hökumət bu sahədə iş aparır və biz ümid edirik ki, bu ilin sonu-gələn ilin əvvəlindək bu istiqamətdə konkret addımlar atılacaq", - İlahi deyib.

Onun sözlərinə görə, dövlətin ABB-ni dəstəkləməsi zəruri addım idi.

"Biz Azərbaycanla ABB-ilə bağlı uzunmüddətli planları müzakirə etdik. Təəssüratlarımıza görə, bu məsələ üzrə ciddi iş aparılır. ABB ölkə üçün çox vacib aktivdir. Özəlləşdirmə onun işini daha səmərəli edəcək vasitələrdən biridir", - İlahi vurğulayıb.

Onun sözlərinə görə, bu gün bank bütün bank sisteminə böyük təsir imkanına malikdir.

"Bu, bank sistemi üçün problemlər yarada bilər. Buna görə də kiçik hissələr bölünməlidir", - İlahi bildirib.

Xəbər lenti

Xəbər lenti