...

BVF Azərbaycanın bank sektoru üçün ciddi təhlükə görmür

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 May 2012 16:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir A.Axundov/

Azərbaycanın maliyyə sektorunun sabitliyinin qiymətləndirilməsi ilə bağlı Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının (DB) müştərək proqramının yenilənməsinin planlaşdırılması çərçivəsində cari ilin sonu-gələn ilin əvvəlində ölkənin maliyyə sisteminin qiymətləndirilməsi keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Bakıda BVF-in Yaxın Şərq və Mərkəzi Asiya Departamentində şöbə direktorunun müavini Nadim İlahi missiyanın yekunlarına həsr edilmiş mətbuat konfransında bildirib.

"Araşdırmalarda iki təşkilatın ekspertləri iştirak edəcək, Azərbaycan Mərkəzi Bankı (AMB), özəl banklar, ölkə hökuməti ilə müzakirələr aparılacaq. Bu qiymətləndirmənin nəticələri mövcud sahədə islahatların keçirilməsi üçün yaxşı baza ola bilər", - İlahi deyib.

Onun sözlərinə görə, missiya AMB ilə bank sistemindəki problemləri də müzakirə edib.

"Biz AMB-yə bank sektorunun peşəkar tənzimlənməsini davam etdirməyi tövsiyə etdik. Həmçinin, monitorinqlərin daim keçirilməsi vacibdir. Bu gün mövcud sahə hökumət üçün prioritetdir və biz sistem üçün problemlər yaradacaq ciddi məsələlər görmürük", - İlahi vurğulayıb.

Qeyd edək ki, BVF və DB-nin mövcud proqram çərçivəsində ilk qiymətləndirməsi 2003-cü ildə keçirilib.

Xəbər lenti

Xəbər lenti