...

Bakı Metropoliteni "Eurovision-2012" çərçivəsində turistləri qarşılamağa hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 May 2012 11:45 (UTC +04:00)
Bakı Metropoliteni "Eurovision-2012" mahnı müsabiqəsinin keçiriləcəyi dövrdə Bakıda müşahidə olunacaq böyük sərnişin axınının daşınmasını yüksək səviyyədə təmin edəcək.
Bakı Metropoliteni "Eurovision-2012" çərçivəsində turistləri qarşılamağa hazırdır

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir E.İsmayılov/

Bakı Metropoliteni "Eurovision-2012" mahnı müsabiqəsinin keçiriləcəyi dövrdə Bakıda müşahidə olunacaq böyük sərnişin axınının daşınmasını yüksək səviyyədə təmin edəcək. Bu barədə cümə axşamı Trend-ə Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva bildirib.

"Bakı Metropoliteninin stansiyalarının əməkdaşları əcnəbi turistlərin böyük axını ilə işləmək üçün xüsusi kurslar keçiblər", - o deyib.

Onun sözlərinə görə, Bakı Metropoliteni təhlükəsizlik qaydalarına xüsusi yanaşma ilə fərqlənir.

"Paytaxtda müsabiqənin keçiriləcəyi dövrdə təhlükəsizlik həmişə olduğu kimi, yüksək səviyyədə təmin olunacaq", - Tanrıverdiyeva bildirib.

"Eurovision" müsabiqəsi dövründə Bakı Metropoliteninin iş rejiminə gəldikdə, o qeyd edib ki, metropoliten rəhbərinin qərar qəbul edəcəyi halda xüsusi iş rejimi tətbiq ediləcək.

Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir və 23 stansiyaya malikdir.

Xəbər lenti

Xəbər lenti