...

Vergiləri artıq "Bank Standard"da ödəmək mümkündür

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 May 2012 15:39 (UTC +04:00)
Mərkəzi Bank tərəfindən tətbiq olunan və "Bank Standard"ın da daxil olduğu Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi (KÖMİS) vergi ödənişlərini qəbul etməyə başlayıb.
Vergiləri artıq "Bank Standard"da ödəmək mümkündür

Azərbaycan, Bakı, 3 may /Trend/

Mərkəzi Bank tərəfindən tətbiq olunan və "Bank Standard"ın da daxil olduğu Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi (KÖMİS) vergi ödənişlərini qəbul etməyə başlayıb.

Trend-in məlumatına görə, ödənişlər həm nağd şəkildə bütün "Bank Standard" filiallarında, həm də bankın internet saytında kart vasitəsilə onlayn rejimdə aparıla bilər.

Yeni ödəniş üsulu vətəndaşlara vergiləri vaxtlı-vaxtında ödəmək imkanı yaradacaq və onların vaxtına xeyli qənaət edəcək. Belə ki, yeni üsul vergi orqanlarına getmək zərurətini aradan qaldıracaq. İstər bankda, istərsə də internet vasitəsilə aparılan ödəniş haqqında məlumat qısa müddət ərzində xeyrinə ödəniş həyata keçirilən qurumun məlumat bazasına ötürülür.

Xəbər lenti

Xəbər lenti