...

Azərbaycan bankı "Expressbank" plastik kart sahibləri üçün yeni aksiyaya başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 May 2012 10:00 (UTC +04:00)
Hər zaman olduğu kimi bu dəfə də "Expressbank" müştərilərini yeni xidmətləri ilə sevindirməkdə davam edir.
Azərbaycan bankı "Expressbank" plastik kart sahibləri üçün yeni aksiyaya başlayır

Azərbaycan, Bakı, 8 may / Trend/

Hər zaman olduğu kimi bu dəfə də "Expressbank" müştərilərini yeni xidmətləri ilə sevindirməkdə davam edir. Bu dəfə də onları düşünərək bank tərəfindən yeni müddətsiz "Expressbank Endirim Klubu" aksiyasına başlayıb. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Klubun əsas məqsədi - Bankın kart sahibləri üçün müəyyən mağazalarda, restoranlarda, turizm şirkətlərində və s. bu kimi obyektlərdə ilboyu endirimlərin təqdim edilməsidir. Bunun üçün ödəniş zamanı obyektin personalına sadəcə "Expressbank"ın VİSA kartını təqdim etmək kifayətdir. Bankla əməkdaşlıq edən şirkətlər böyük və uşaq geyimləri mağazaları, parfümeriya mağazaları, səyahət agentlikləri, restoranlar şəbəkəsi və digər obyektlərdir. Partnyor şirkətlərin tam siyahısı ilə bankın rəsmi veb-saytında www.expressbank.az və ya 132 Məlumat Mərkəzinə zəng vurmaqla tanış ola bilərsiniz.

Cari ilin iyun ayından etibarən "Expressbank" Beynəlxalq Ödəniş Sisteminin MasterCard Europe sprl. çip kartlarını istifadəyə təqdim edəcək. Bu kartların da sahibləri bankla əməkdaş şirkətlərdən endirimlər qazanacaqlar.

Qeyd etmək istərdik ki, bankın aktivində 30 mindən çox plastik kart və ölkənin 33 regionunda fəaliyyət göstərən 56 bankomatı var.

Xəbər lenti

Xəbər lenti