...

Azərbaycanın iqtisadi siyasəti mümkün riskləri uğurla qarşılamağa imklan verir - Mərkəzi Bank

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 May 2012 17:45 (UTC +04:00)
Azərbaycanda aparılan iqtisadi siyasət və mövcud imkanlar ölkəyə mümkün riskləri uğurla qarşılamağa imkan yaradır.
Azərbaycanın iqtisadi siyasəti mümkün riskləri uğurla qarşılamağa imklan verir - Mərkəzi Bank

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir A.Axundov/

Azərbaycanda aparılan iqtisadi siyasət və mövcud imkanlar ölkəyə mümkün riskləri uğurla qarşılamağa imkan yaradır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov "The business year" jurnalının Azərbaycana həsr olunmuş xüsusi buraxılışının təqdimatında bildirib.

"Bu gün dünya iqtisadiyyatı dayanıqlıq və sosial-siyasi sabitlik arasında seçim qarşısında qalıb. Xüsusən, bir sıra inkişaf etmiş ölkələrdəki vəziyyət narahatlıq doğurur, burada ümumilikdə iqtisadiyyatın balanslaşdırılması, onun tarazlaşdırılması prosesi olduqca gərgin keçir, - Rüstəmov deyib. - Bütün bunlar 2007-2009-cu illərdəki qlobal iqtisadi böhranın nəticəsində yaranıb".

Onun sözlərinə görə, Azərbaycan isə böhrandan layiqincə çıxan az sayda ölkələrdən biri olub.

"Azərbaycandakı vəziyyəti təhlil edən Beynəlxalq Valyuta Fondunun missiyası bu nəticəyə gəlib ki, ölkə qlobal iqtisadiyyatda yaranan riskləri uğurla qarşılamaq üçün potensiala malikdir", - Rüstəmov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti