...

NATO-nun Nəqliyyat Qrupunun seminarında Azərbaycanın nəqliyyat imkanları təqdim olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 May 2012 15:39 (UTC +04:00)
Litvanın Vilnüs şəhərində Avro-Atlantik Tərəfdaşlıq Şurası formatında NATO-nun daxili yerüstü nəqliyyat məsələləri üzrə Nəqliyyat Qrupunun seminarı keçirilib.

Azərbaycan, Bakı, 9 may /Trend/

Litvanın Vilnüs şəhərində Avro-Atlantik Tərəfdaşlıq Şurası formatında NATO-nun daxili yerüstü nəqliyyat məsələləri üzrə Nəqliyyat Qrupunun seminarı keçirilib.

Trend Azərbaycan Nəqliyyat Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, seminarın əsas məqsədi NATO-nun gələcək fəaliyyətində, hərbi və mülki xarakterli nəqliyyat planlaşdırması sahəsində fikir mübadiləsi aparmaq, yeni ideyaları öyrənmək və tərəflərin təcrübələri ilə tanışlıq olub.

Seminar zamanı NATO qüvvələrinin 2014-cü ilin sonuna qədər Əfqanıstanı mərhələli şəkildə tərk etməsi nəzərdə tutulduğu üçün Əfqanıstandan Avropaya yüklərin daşınması üçün ən münasib nəqliyyat dəhlizlərinin müəyyənləşdirilməsi məsələsi müzakirə edilib. Bununla əlaqədar olaraq, alternativ nəqliyyat dəhlizi olaraq TRASEKA nəqliyyat dəhlizi vasitəsilə yüklərin daşınması, dəhlizin yükaşırma qabiliyyəti, TRASEKA dəhlizi boyunca həyata keçirilən layihələr, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Dəmir Yolu İnfrastrukturunun İnkişaf etdirilməsi üçün həyata keçirilən Dövlət Proqramı haqqında ətraflı məlumat verilib.

TRASEKA dəhlizinin potensialının müzakirəsi zamanı Nəqliyyat Nazirliyinin seminarda iştirak edən nümayəndəsi tərəfindən Azərbaycanın nəqliyyat imkanları ilə bağlı da təqdimat edilib.

Xəbər lenti

Xəbər lenti