...

Ernst & Young şirkətinin Bakı partnyoru Parisdə 12-ci illik Neft və Qaz Sammitində iştirak etdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 May 2012 12:45 (UTC +04:00)
14-16 may 2012-ci il tarixlərində üç günlük konfrans 29 ölkədən olan 45-dən çox natiqi, 280 iştirakçını və müxtəlif təşkilatların bir çox digər nüfuzlu liderlərini bir araya gətirdi.
Ernst & Young şirkətinin Bakı partnyoru Parisdə 12-ci illik Neft və Qaz Sammitində iştirak etdi

Azərbaycan, Bakı, 16 may /Trend/

14-16 may 2012-ci il tarixlərində üç günlük konfrans 29 ölkədən olan 45-dən çox natiqi, 280 iştirakçını və müxtəlif təşkilatların bir çox digər nüfuzlu liderlərini bir araya gətirdi. Konfrans iştirakçıları Parisdə əsas bazar tendensiyalarını, regional siyasətləri, strateji perspektivləri, eləcə də MDB-nin mənfəətli neft və qaz bazarında investisiya və inkişaf imkanlarını müzakirə etdilər. Tədbirin təşkilatçısı The Energy Exchange Ltd olmuşdur.

Ernst & Young-ın partnyoru və Azərbaycanın Enerji, kimya və kommunal xidmətlər qrupunun lideri olan Turqay Teymurov konfransda Beynəlxalq Neft Şirkətləri (BNŞ-lər) və Milli Neft Şirkətləri (MNŞ-lər) arasında inkişaf edən müqavilə münasibətlərinin təsiri, yaranan problemlər və ətraf mühitə vurulan zərərin azalması üsulları haqqında danışdı.

Turqay ənənəvi müqavilə modellərinin əsas xüsusiyyətlərini, eləcə də BNŞ-lər və MNŞ-lər arasında olan münasibətlərin yeni tendensiyalarını qeyd etdi. "Bu gün BNŞ-lərlə MNŞ-lər arasında əməkdaşlıq artmaqdadır. Artan risklər və sərvətlərə görə rəqabət BNŞ-lər üçün yeni problemlər yaradır və onlar daha yaradıcı olaraq 5 il bundan əvvəl heç ağıllarına gəlməyən müqavilələr bağlayırlar" deyə Turqay bildirdi.

"Konfrans MDB ölkələrindən neft sahəsinin ən iri şirkətlərinin və ali hökumət rəsmilərinin aktiv iştirakı ilə çox uğurlu keçdi" deyərək o, əlavə etdi.

Sammit iri neft-qaz şirkətlərini və onların operator və təchizatçılarını toplayaraq MDB ölkələrinin Neft və Qaz sahəsində tarixi hadisəyə çevrildi. Ernst & Young şirkəti bu tədbirin sponsorlarından biridir.

Ernst & Young haqqında

Ernst & Young audit, vergi, əməliyyatların müşayiət olunması və məsləhət xidmətləri üzrə qlobal liderdir. Bizim 152.000 əməkdaşımızı birgə dəyərlər və keyfiyyətə sadiqlik birləşdirir. Biz əməkdaşlarımızın, müştərilərimizin və daha geniş icmaların potensialını açaraq, perspektivlər yaradırıq.
Ernst & Young, müştərilərin ehtiyaclarını nəzərə alaraq, bütün MDB-də xidmət və resurslarını genişləndirir. Moskva, Sankt-Peterburq, Bakı, Almatı, Astana, Kiyev, Tbilisi və digər şəhərlərdə yerləşən 18 ofisdə 4.000 peşəkar çalışır.
Daha ətraflı məlumatla www.ey.com ünvanında tanış ola bilərsiniz.

Ernst & Young Azərbaycanda

Ernst & Young 17 il bundan əvvəl Bakıda ofis açmaqla və yerli maliyyə xidmətləri qrupunu genişləndirməklə Azərbaycana və regiona öz dəyərli töhfəsini vermişdir. Bu gün biz, Azərbaycanda fəaliyyət göstərən aparıcı firma olmaqla yanaşı, bütün bölgədə də liderik. Geniş bilik və təcrübəmiz sayəsində biz həm yerli, həm beynəlxalq şirkətlərə, həm də dövlət müəssisələrinə beynəlxalq iqtisadi məsələlərlə bağlı çətinlikləri dəf etməyə kömək edirik.

Hal-hazırda Bakı ofisimizdə Azərbaycan Respublikasındakı müştərilərimizə, o cümlədən banklara və digər maliyyə təşkilatlarına xidmət göstərən 120 işçi çalışır. Ernst & Young-ın Xəzər regionundakı güclü mövqeyi və firmanın öz resurslarından tam şəkildə istifadə etməsi regionda fəaliyyət göstərən müəssisələr üçün böyük əhəmiyyət kəsb edir. Bu, firma inkişaf etdikcə, Ernst & Young-ın yerli mütəxəssisləri cəlb etmək və onları təcrübəmizdə aparıcı mövqe tutmaq üçün təlimləndirmək ənənəsinə sadiq qalacağı deməkdir.

Daha ətraflı məlumatla www.ey.com/Azərbaycan ünvanında tanış ola bilərsiniz.

Xəbər lenti

Xəbər lenti