...

Azərbaycan metrologiya sahəsində hüquq bazasını dünya standartlarına yaxınlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2012 12:20 (UTC +04:00)
Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi "Ölçü vahidlərinin təmin olunması haqqında" yeni qanun hazırlayıb.
Azərbaycan metrologiya sahəsində hüquq bazasını dünya standartlarına yaxınlaşdırır

Azərbaycan, Bakı, 18 may / Trend, müxbir Ə.Həsənov /

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi "Ölçü vahidlərinin təmin olunması haqqında" yeni qanun hazırlayıb. Bu günlərdə həmin qanun layihəsinə ölkə parlamentində baxılacaq. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə cümə günü Dövlət Komitəsi Aparatının rəhbəri Əbülfət İmanov bildirib.

"Bu gün qüvvədə olan analoji qanunda boşluqlar var və dünya standartlarına uyğun gəlmir, yeni qanun isə Azərbaycan metrologiyasını hazırkı dövrün tələblərinə yaxınlaşdırmağa imkan verir", - İmanov bildirib.

Qanun 2000-ci ildə qəbul edilib və ölçmə vasitələrinin işlənməsi, hazırlanması, yoxlanması, istismarı, təmiri, satışı, idxalı və ixracı sahəsində münasibətləri tənzimləyir. Ölçü vahidi ölçülərin nəticələrinin qəbul edilmiş vahidlərdə ifadə edildiyi və ölçü səhvlərinin müəyyən edilmiş sərhəddə olan vəziyyətidir.

İmanov xüsusilə müasir dünyada bütün istiqamətlərdə - səhiyyə, ekologiya, müdafiə, energetika və s. baş verən qloballaşma prosesi şəraitində metrologiya sahəsində standartların da vacibliyini qeyd edib.

20 May Ümumdünya Metrologiya Günüdür. 1875-ci il mayın 20-də Parisdə həmin dövrün 17 inkişaf etmiş dövlətinin beynəlxalq diplomatik konfransında məşhur "Metrik Konvensiya" imzalanıb.

Xəbər lenti

Xəbər lenti