...

Azərbaycan və Rusiya statistika sahəsində əməkdaşlıq haqqında razılaşmanı yeniləməyə hazırlaşırlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 May 2012 17:48 (UTC +04:00)
Mayın 16-17-də Bakıda Azərbaycan Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev və Rusiya Federasiyası Dövlət Statistika Federal Xidmətinin rəhbəri Aleksandr Surinov arasında işçi görüş keçirilib.
Azərbaycan və Rusiya statistika sahəsində əməkdaşlıq haqqında razılaşmanı yeniləməyə hazırlaşırlar

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir Ə.Həsənov/

Mayın 16-17-də Bakıda Azərbaycan Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev və Rusiya Federasiyası Dövlət Statistika Federal Xidmətinin rəhbəri Aleksandr Surinov arasında işçi görüş keçirilib.

Trend Komitənin rəsmi saytına istinadən məlumat verir ki, danışıqların məqsədi Azərbaycan Dövlət Statistika Komitəsi ilə RF Dövlət Statistika Federal Xidməti arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişafının müzakirəsi olub.

Tədbiri giriş sözü ilə açan DSK sədri Vəliyev hər iki dövlətin statistika orqanlarının işində qarşılıqlı fəaliyyətlərin gedişini və nəticələrini ümumilikdə müsbət qiymətləndirib, gələcəkdə qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruri olduğunu bildirib. Qeyd edilib ki, Dövlət Statistika Komitəsi ilə Dövlət Statistika Federal Xidməti arasında qarşılıqlı fəaliyyət 2001-ci ildə imzalanmış statistika sahəsində əməkdaşlıq haqqında razılaşmaya əsasən həyata keçirilir.

Surinov qeyd edib ki, Azərbaycan Dövlət Statistika Komitəsi ilə Rusiya Dövlət Statistika Federal Xidməti arasında əməkdaşlığın genişləndirilməsində maraqlar qarşılıqlı xarakter daşıyır.

Danışıqlar zamanı tərəflər statistik nəşrlərin dərc olunması, statistik metodologiyanın və məlumatların mübadiləsi istiqamətində birgə qarşılıqlı fəaliyyətin gücləndirilməsi niyyətində olduqlarını bildiriblər. Tərəflərin fikrincə, əməkdaşlığı statistika fəaliyyətinin təşkili sahəsində əsas yanaşmaların unifikasiyasına və metodoloji prinsiplərin uyğunlaşdırılmasına yönəltmək lazımdır ki, bu da gələcəkdə Rusiya ilə Azərbaycan arasında hökumətlərarası əməkdaşlığa informasiya dəstəyi ücün geniş imkan yaradacaq.

Tədbirdə qarşılıqlı maraqlar rəhbər tutularaq tərəflər arasında əməkdaşlığın istiqamətləri müəyyən edilib.

Sonda Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev və Rusiya Federasiyası Dövlət Statistika Federal Xidmətinin rəhbəri Aleksandr Surinov arasında Danısıqlar Protokolu imzalanıb.

Xəbər lenti

Xəbər lenti