...

Azərbaycan Tacikistanla neft-kimya və energetika sahəsində əməkdaşlıq etməyi planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 May 2012 17:19 (UTC +04:00)
Azərbaycan Tacikistanla neft-kimya və energetika, SES tikintisi sahəsində əməkdaşlıq etməyi planlaşdırır. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov "ASIA-Plus" agentliyinə müsahibəsində bildirib.
Azərbaycan Tacikistanla neft-kimya və energetika sahəsində əməkdaşlıq etməyi planlaşdırır

Azərbaycan, Bakı, 24 may /Trend/

Azərbaycan Tacikistanla neft-kimya və energetika, SES tikintisi sahəsində əməkdaşlıq etməyi planlaşdırır. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov "ASIA-Plus" agentliyinə müsahibəsində bildirib.

"Tacikistan su resursları ilə zəngindir, burada relyef elədir ki, hər addımda kiçik, böyük SES tikmək mümkündür. Tacikistanda layihələr çoxdur", - diplomat deyib.

Səfirin sözlərinə görə, iki ölkəarasında iqtisadi sahədə əməkdaşlıq perspektivləri martın 5-də Düşənbədə keçirilən Ticari-iqtisadi və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın birinci iclasında müzakirə edilib.

"Əməkdaşlığın qurula biləcəyi sosial-iqtisadi məsələlərin bütün spektri əhatə olunub. Bu gün biz yüngül və ağır sənaye sahələrində çalışırıq. Məsələn, ölkənizin büdcəsinin formalaşmasına böyük təsir göstərən "Talko" zavoduna Azərbaycandan ayda orta hesabla 17-19 min ton neft məhsulları, alüminium koksu göndərilir. Bu günlərdə danışıqlar aparmaq üçün buraya həmin sahədə əməkdaşlığın genişləndirilməsi üçün Bakıdan nümayəndə heyəti gəlib", - Həsənov deyib.

Səfirin sözlərinə görə, Bakı ilə Düşənbə arasında birbaşa aviareysin açılması planı da mövcuddur.

"Bu məsələ çox vacib və əhəmiyyətlidir. Birbaşa reys olmadan əlaqələrimizin inkişafı çox çətin olacaq. Aprelin 26-da öz etimadnaməmi Tacikistan Prezidentinə təqdim edərkən mən bu sualla ona müraciət etdim. Öz növbəsində, Prezident İmaməli Rəhman bu prosesin sürətləndirilməsi üçün tapşırıq verdi. Mən bu məsələ ilə bağlı Bakı ilə daimi əlaqə saxlayıram, işlər aparılır. Belə deyəcəyəm: birbaşa reys olacaq! Və artıq bu il olacaq", - diplomat deyib.

Hazırda iki ölkə Tacikistan Prezidenti İmaməli Rəhmanın Azərbaycana rəsmi səfərinə hazırlıq üzərində çalışır.

"Biz bu səfər üzərində diqqətlə işləyirik. Bu səfər məhsuldar olacağını vəd edir, bizim hazırlıq və müzakirələrimiz yaxşı məcrada gedir. Elə bir iş günü olmur ki, biz bu mövzu üzərində işləməyək. Azərbaycan kapital qoyuluşları üçün böyük imkanlara malikdir. Mənim dövlətimin siyasəti bütün sahələrdə inkişafın sürətləndirilməsində Tacikistana kömək etməyə istiqamətlənib. Burada geoloji kəşfiyyat, neft və qaz, ağır sənayenin ayrı-ayrı sahələrində kadrlar lazımdır", - diplomat qeyd edib.

Xəbər lenti

Xəbər lenti