...

Azərbaycanda yanvar-aprel aylarında 18,3 ton ərzaq məalları satışdan çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2012 18:28 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən 2012-ci ilin yanvar-aprel aylarında mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 18,3 ton müxtəlif növ ərzaq malları satışdan çıxarılaraq məhv edilib.
Azərbaycanda yanvar-aprel aylarında 18,3 ton ərzaq məalları satışdan çıxarılıb

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir A.Axundov/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən 2012-ci ilin yanvar-aprel aylarında mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 18,3 ton müxtəlif növ ərzaq malları satışdan çıxarılaraq məhv edilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu barədə Goranboy rayonunda "Azərbaycan dövləti istehlakçı hüquqlarının təminatçısıdır" mövzusunda keçirilən konfransda Dövlət Xidmətinin rəis müavini Vidadi Quliyev bildirib.

İstehlak bazarına nəzarət üzrə tədbirlər nəticəsində yanvar-aprel aylarında inzibati xətaya yol vermiş təsərrüfat subyektlərinə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 610,8 min manat cərimə tətbiq olunub. Bundan başqa, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol vermiş təsərrüfat subyektlərinə 36,6 min manat maliyyə sanksiyası tətbiq edilib.

Konfransda Səhiyyə və Kənd Təsərrüfatı nazirliklərinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Goranboy rayon İcra Hakimiyyətinin, ictimai təşkilatların nümayəndələri və 300-ə yaxın istehlakçı iştirak edib.

Xəbər lenti

Xəbər lenti