Azərbaycan, Bakı, 29 may /Trend/
Qırğızıstanın Tənzimlənmə və çaliyyə bazarlarına nəzarət üzrə Dövlət Xidmətinin sədri Yuruslan Toyçubekov 2012-ci il mayın 23-25-də Minskdə keçirilən MDB ölkələrinin Qiymətli kağızlar bazarının tənzimlənməsi üzrə dövlət orqanları rəhbərləri Şurasının 14-cü iclasında və Avrasiya İqtisadi Əməkdaşlıq İnteqrasiya Komitəsi yanında Qiymətli kağızlar bazarlarının tənzimlənməsi üzrə səlahiyyətli orqanların rəhbərləri Şurasının 17-ci iclasında iştirak edib. Trend-in məlumatına görə, bu barədə Dövlət Xidmətinin mətbuat xidməti xəbər verib.
Məlumatda deylir ki, maliyyə tənzimləyiciləri rəhbərlərinin görüşü zamanı Qırğızıstan tərəfi qiymətli kağızlar üzrə səhmdar cəmiyyətlərin - ölkənin emitentlərinin Rusiya, Qazaxıstan və Azərbaycanın fond birjalarına çıxışı məsələsini səsləndirib.
"Tazabek" agentliyinin yazdığına görə, ilkin mərhələdə Azərbaycan tərəfi Qırğızıstan emitentlərinin əvvəlcə təxminən 40 milyon dollar həcmində yerləşdirilməsinə marağını və hazırlığını ifadə edib.