...

Azərbaycan bankı "Xalq Bank" öz vəsaiti hesabına ipoteka proqramına start verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 May 2012 12:09 (UTC +04:00)
"Xalq Bank" ASC öz vəsaiti hesabına ipoteka kreditlərinin verilməsinə başladı.
Azərbaycan bankı "Xalq Bank" öz vəsaiti hesabına ipoteka proqramına start verib

Azərbaycan, Bakı, 31 may/Trend/

"Xalq Bank" ASC öz vəsaiti hesabına ipoteka kreditlərinin verilməsinə başladı. Trend-in məlumatına görə, bu barədə bankın yaydığı məlumatda deyilir.

Bankın ipoteka proqramının şərtlərinə görə müştərilər alınan əmlakın bazar dəyərinin 30%-i məbləğində ilkin ödəniş etmək şərtilə həm ilkin, həm də təkrar bazarda satılan evləri əldə edə bilərlər.

Bu proqramın əsas üstünlüyü ipoteka kreditinin maksimal məbləğinin - 200 min manat, müddətinin 25 il və bu kreditin Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslərə də aid olmasıdır. Kreditin minimal illik faiz dərəcəsi 12 faizdir.
Krediti 23 yaşından təqaüd yaşınadək Azərbaycan Respublikasının həm rezident, həm də qeyri-rezident şəxsləri ala bilərlər.

"Xalq Bank"ın ipoteka məhsulu haqda geniş məlumatı www.xalqbank.az internet səhifəsindən əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti