...

"Iteca Caspian" MMC "Tərəqqi" mükafatına layiq görülüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 May 2012 12:39 (UTC +04:00)
"Iteca Caspian" MMC Azərbaycan və Rusiya arasında ticarət-iqtisadi münasibətlərin inkişafına verdiyi töhfəyə görə "Tərəqqi" mükafatına layiq görülüb.
"Iteca Caspian" MMC "Tərəqqi" mükafatına layiq görülüb

Azərbaycan, Bakı, 31 may /Trend/

"Iteca Caspian" MMC Azərbaycan və Rusiya arasında ticarət-iqtisadi münasibətlərin inkişafına verdiyi töhfəyə görə "Tərəqqi" mükafatına layiq görülüb. Bu mükafatın təsisçiləri Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi, Rusiyanın Azərbaycan Respublikasındakı Ticarət Nümayəndəliyi və Azərbaycan-Rusiya İşgüzar Əməkdaşlıq Palatasıdır.

Bakı Əyləncə Mərkəzində keçirilən təntənəli mükafatlandırma mərasimində öz rusiyalı həmkarları ilə uğurlu əməkdaşlıq münasibətlərinə malik olan aparıcı Azərbaycan şirkətlərinin nümayəndələri iştirak edirdilər.

"Azərbaycan və Rusiya arasında ticarət-iqtisadi münasibətlər üzrə ilin ən yaxşı iştirakçısı" nominasiyasında təsis olunmuş "Tərəqqi" mükafatı beynəlxalq sərgilərin təşkilinə görə "Iteca Caspian" şirkətinin direktoru Fərid Məmmədova təqdim edildi. Öz çıxışında F. Məmmədov bunları bildirdi: "Təqdim etdiyiniz bu yüksək mükafata görə sizə öz minnətdarlığımızı bildiririk. Rusiya Federasiyasını təmsil edən şirkətlər Azərbaycanda keçirdiyimiz sərgilərdə mütəmadi olaraq iştirak edirlər və mən hətta deyə bilərəm ki, bu il "Caspian Oil and Gas" sərgisində rekord sayda, yəni 60-dan çox Rusiya şirkəti iştirak edir. Biz əminik ki, bu, bizim üçün limit göstərici deyil və gələcəkdə bu rəqəm artacaq".

Mükafatı qalibə təqdim edən Rusiya Federasiyasının ticarət nümayəndəsi cənab Şedrin isə qeyd etdi ki, Rusiya və Azərbaycan arasında işgüzar əlaqələrin inkişaf etdirilməsinə Azərbaycanda keçirilən beynəlxalq sərgilərin verdiyi töhfəni çox yüksək qiymətləndirir: " Biz öz tərəfimizdən Rusiya şirkətlərinin Azərbaycanda keçirilən beynəlxalq sərgilərə cəlb olunmasına kömək edəcək və Rusiyada keçirilən iri sərgilər sayəsində Azərbaycan şirkətlərinin Rusiya bazarına çıxmaları üçün lazımı şərait yaradacağıq."

Xəbər lenti

Xəbər lenti