...

Azərbaycanda kapital bazarlarının müasirləşdirilməsinə üç şirkət iddia edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyun 2012 16:49 (UTC +04:00)
Azərbaycan hökuməti və Dünya Bankı (DB) arasında "Kapital bazarlarının müasirləşdirilməsi" layihəsinin maliyyələşdirilməsinə dair imzalanmış kredit sazişinə uyğun olaraq, məsləhətçi şirkətin seçilməsi üçün tender prosesinin yekun mərhələsinə əsasən üç iddiaçı aşkar edilib.
Azərbaycanda kapital bazarlarının müasirləşdirilməsinə üç şirkət iddia edir

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir Ə.Həsənov/

Azərbaycan hökuməti və Dünya Bankı (DB) arasında "Kapital bazarlarının müasirləşdirilməsi" layihəsinin maliyyələşdirilməsinə dair imzalanmış kredit sazişinə uyğun olaraq, məsləhətçi şirkətin seçilməsi üçün tender prosesinin yekun mərhələsinə əsasən üç iddiaçı aşkar edilib. Trend-in məlumatına görə, bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Texniki təkliflərin qiymətləndirilməsi nəticəsində 3 şirkət - "Corporate solutions", "Deloitte & Touche LLC" və "Türkiyə kapital bazarları şurası" minimum keçid balını toplayıb. Bu gün maliyyə təkliflərinin açılış mərasimi həyata keçirilib.

Tədbirdə Qiymətləndirmənin yekun nəticələrinə dair Protokol Dünya Bankına təqdim olunacaq, həmçinin növbəti mərhələdə qalib şirkətlə xidmətlərin göstərilməsinə dair müqavilələrin razılaşdırılması ilə bağlı danışıqlara başlanılacaq.

Dünya Bankı "Kapital bazarlarının müasirləşdirilməsi" layihəsinin maliyyələşdirilməsinə 12 milyon dollar məbləğində vəsait ayırıb. Layihənin maliyyələşdirilməsi Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (BYİB - DB qrupuna daxildir) kredit resursları hesabına həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti