...

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 0,4 faiz ucuzlaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyun 2012 15:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir Ə.Həsənov/

May ayında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,4 faiz ucuzlaşıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Dövlət Statistika Komitəsinin yaydığı məlumatda deyilir.

Mayda birillik bitkilərin istehsalçı qiymətləri 1,3 faiz, çoxillik bitkilərin istehsalçı qiymətləri isə 0,5 faiz ucuzlaşıb.

Birillik bitkilərdən göyərtilərin istehsalçı qiymətləri 8,9 faiz, xiyarın 17,1 faiz, baş sarımsağın 4,9 faiz, baş soğanın 0,6 faiz, yoncanın 8,9 faiz, quru otun istehsalçı qiymətləri 2,0 faiz ucuzlaşıb.

Pomidorun istehsalçı qiymətləri 0,9 faiz, yaşıl lobyanın 2,1 faiz, bibərin 1,1 faiz, kartofun istehsalçı qiymətləri isə 0,1 faiz bahalaşıb.

Çoxillik bitkilərdən armudun istehsalçı qiymətləri 3,5 faiz, limonun 1,4 faiz, fındığın 4,5 faiz, albalı və gilasın 0,7 faiz, çiyələyin istehsalçı qiymətləri 3,6 faiz ucuzlaşıb, alçanın istehsalçı qiymətləri isə 5,7 faiz bahalaşıb.

Mayda diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,3 faiz, o cümlədən mal və qoyun ətinin (diri çəkidə) istehsalçı qiymətləri, müvafiq olaraq, 6,6 faiz və 0,3 faiz, təbii balın istehsalçı qiymətləri isə 2,4 faiz bahalaşıb.

Mayda diri heyvanlar və heyvandarlıq məhsullarından inəyin istehsalçı qiymətləri 1,4 faiz, inək südünün 1,9 faiz, camışın 2 faiz, 1 yaşadək quzunun 0,4 faiz, 1 yaşdan yuxarı şişəyin 1,6 faiz, donuz və quş ətinin (diri çəkidə), müvafiq olaraq, 5,8 faiz və 2,3 faiz, hind toyuğunun 8,9 faiz, yumurtanın istehsalçı qiymətləri 3,4 faiz ucuzlaşıb.

Balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 1,6 faiz ucuzlaşma müşahidə olunub.

Xəbər lenti

Xəbər lenti