...

Azərbaycanda may ayında deflyasiya müşahidə edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyun 2012 15:22 (UTC +04:00)
2012-ci ilin may ayında Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,9 faiz azalıb.
Azərbaycanda may ayında deflyasiya müşahidə edilib

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir Ə.Həsənov/

2012-ci ilin may ayında Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,9 faiz azalıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Dövlət Statistika Komitəsinin yaydığı məlumatda deyilir.

Mayda ərzaq məhsullarının qiymətləri 0,9 faiz ucuzlaşıb, xidmət tarifləri 0,2 faiz bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri isə sabit qalıb.

Ay ərzində ərzaq məhsullarından un, manna və qarabaşaq yarmaları, çörək, makaron məmulatları, mal, qoyun və toyuq əti, təzə balıq, pasterizə olunmamış üzlü süd, yumurta, kərə yağı, günəbaxan və zeytun yağları, şəkər və şəkər tozu, portağal, banan, alma, armud, albalı və gilas, alça, çiyələk, şabalıd, göyərti, kələm, pomidor və xiyar, bibər, badımcan, göy lobya, sarımsaq, göbələk, kartofun qiyməti ucuzlaşıb.

Ucuzlaşma ilə yanaşı, may ayında limon, naringi, çuğundur, kök, soğanın qiymətlərində bahalaşma da müşahidə olunub.

May ayında MDB ölkələrinə hava sərnişindaşıma tariflərində bahalaşma müşahidə olunub.

Xəbər lenti

Xəbər lenti