...

"Unibank" istehlak kreditləşdirməni sadələşdirdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyun 2012 15:20 (UTC +04:00)
Azərbaycan bankı "Unibank" 2500 manata qədər məbləğdə nağd istehlak kreditlərinin girovsuz və zəmanətsiz verilməsinə başlayıb.
"Unibank" istehlak kreditləşdirməni sadələşdirdi

Azərbaycan, Bakı, 6 iyun /Trend/

Azərbaycan bankı "Unibank" 2500 manata qədər məbləğdə nağd istehlak kreditlərinin girovsuz və zəmanətsiz verilməsinə başlayıb.

Bankdan çərşənbə günü Trend-ə verilən məlumata görə, artıq bankdan kreditləri milli valyutada, istənilən istehak ehtiyaclar üçün 24 aya qədər cəlb etmək olar. İstehlak kreditlərinin ödənilməsinin yeni ikiillik müddəti aylıq ödənişlərin məbləğini əhəmiyyəti dərəcədə azaltmağa imkan verir. Bu zaman kreditin məbləği, hər bir borcalanın gəlirindən asılı olaraq, fərdi qaydada müəyyən olunur və 300 manatdan 5000 manatadək təşkil edə bilər.

Həmçinin, bank tərəfindən əmək stajının müddətinə olan tələb də azaldılıb - 6 aydan 3 aya qədər. Yeni şərtlər "AL Kart" kredit xətlərinə də tətbiq olunub.

Bakı və Sumqayıt şəhərləri üçün nağd kreditlər üzrə effektiv faiz dərəcəsi illik 16-17% təşkil edir. Digər bölgələrdə isə bu kreditlərin real faiz dəyəri 18-19%-ə bərabərdir. Kreditin qaytarılması bərabər annuitet ödənişlərlə aparıldığından, borcalanlar üçün xərclərin planlaşdırılması da daha sadə olub. Həmçinin, kreditin istənilən zaman, əlavə komissiya haqqı tutulmadan, vaxtından əvvəl ödənilməsi nəzərdə tutulub.

"İstehlak kreditlərinə tələbat adətən məhz yay aylarında artır və biz borcalanlara olan tələblərimizi yumşaldaraq, bu tələbatı tam ödəməyə hazırıq", - "Unibank" ASC-nin pərakəndə biznesinin inkişafı üzrə meneceri Taleh Tahirli bildirib.

Onun sözlərinə görə, son bir il ərzində "Unibank"dan istehlak kreditləri cəlb edən müştərilərin sayı 2 dəfə artıb. "Əminik ki, bu müştərilərin sayı bundan sonra da artacaq, çünki onlar artıq nağd kreditləri daha tez və əlverişli şərtlərlə cəlb edə bilərlər", - o, fikrini tamamlayıb.

Qeyd edək ki, kredit cəlb edən müştərilərin qiymətləndirilməsində bank gəlirin təsdiq edilməsi formalarına çevik yanaşmağa imkan verən xüsusi qiymətləndirilmə üsullardan istifadə edir. Tətbiq olunan texnologiyalar kredit sifarişlərinə dəqiqələr ərzində növbəsiz baxılmasını və çıxarılan qərarların qəbul edilməsində subyektiv amilləri istisna etməyə imkan verir.
Yeni şərtlərlə istehlak kreditlərinin və kredit xətlərinin verilməsi artıq bütün paytaxt və regional filialları tərəfindən həyata keçirilir. Xatırladaq ki, "Unibank"ın təmsil olduğu şəhər və bölgələrdə daimi yaşayan və işləyən, yaşı 20-dən 60-a qədər olan vətəndaşlar bu növ kreditləri cəlb edə bilərlər.

İstehlak kreditləri və digər xidmətlər barədə daha ətraflı məlumatı 117 nömrəli telefonla, habelə bankın http://unibank.az/az/private-clients/loans/cash-loans saytından əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti