...

Azərbaycan əhalisi malların istehlakını 9 faiz artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyun 2012 17:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir Ə.Həsənov/

2012-ci ilin yanvar-may aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsindən əhaliyə 6,8 milyard manat məbləğində və ya 2011-ci ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz çox istehlak malları satılıb. Trend-in məlumatına görə, bu barədə cümə günü Dövlət Statistika Komitəsinin yaydığı məlumatda deyilir.

İstehlak mallarının 871,2 milyon manatı hüquqi şəxslərin, 3,1 milyard manatı hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların, 2,8 milyard manatlıq həcmi isə bazar və yarmarkalarda fəaliyyət göstərən fiziki şəxslərin şəbəkələrində realizə olunub.

Elektron ticarətin həcmi 498,3 min manat olub.

Əhalinin pərakəndə ticarət şəbəkələrində xərclədikləri vəsaitin 3,9 milyard manatı ərzaq məhsullarının, 2,9 milyard manatı qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Xəbər lenti

Xəbər lenti