...

"DəmirBank" səhiyyə işçiləri üçün güzəştli kredit kampaniyasına başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyun 2012 14:16 (UTC +04:00)
"DəmirBank" 17 İyun - Səhiyyə işçilərinin peşə bayramı münasibətilə güzəştli kredit kampaniyasına başlayıb.
"DəmirBank" səhiyyə işçiləri üçün güzəştli kredit kampaniyasına başlayıb

Azərbaycan, Bakı, 12 iyun /Trend/

"DəmirBank" 17 İyun - Səhiyyə işçilərinin peşə bayramı münasibətilə güzəştli kredit kampaniyasına başlayıb. Qeyd edilən kampaniya 31 iyul 2012-ci ilədək davam edəcək.

Bankdan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, kampaniya çərçivəsində bankın kredit məhsulları üzrə (ipoteka, avtomobil, biznes və tərəfdaşlarla kreditlə satış istisna) faiz dərəcəsində 3% güzəşt tətbiq olunur. Bundan əlavə, bu kampaniya üzrə müştərinin həyat və qabiliyyətinin bankın xeyrinə sığortalanması tələb edilmir.

"DəmirBank əhalinin müxtəlif təbəqələri üçün güzəştli kampaniyalar həyata keçirir. Bu dəfə start verdiyimiz kampaniya 17 İyun - Səhiyyə işçiləri günü münasibətilə keçirilir. Fürsətdən istifadə edərək, səhiyyə sahəsində işləyənləri peşə bayramları münasibətilə təbrik edir və onlara yeni uğurlar arzulayırıq", - bankın idarə heyəti sədrinin müavini Yusif Cabbarov bildirib.

"DəmirBank" mütəmadi olaraq müxtəlif xidmətlər üzrə kampaniyalar keçirir. Bank müştərilər üçün 8 Mart - Beynəlxalq Qadınlar Günü, Neftçilər Günü, Rabitəçilər Günü, müqəddəs Ramazan və Qurban bayramları münasibətilə güzəştli aksiyalar keçirib.

Bankın müxtəlif xidmətləri və kampaniyaları barədə ətraflı məlumat əldə etmək üçün www.demirbank.az saytına daxil olmaq və ya Telefon Məlumat Mərkəzi - 149 nömrəsinə zəng etmək olar.

Xəbər lenti

Xəbər lenti