...

Hövsanda yeni metallurgiya zavodu açılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyun 2012 18:53 (UTC +04:00)
"Baku Steel Company" MMC-də Almaniyanın "SMS Siemag" şirkətinin nümayəndələri ilə görüş keçirilib.
Hövsanda yeni metallurgiya zavodu açılacaq

Azərbaycan, Bakı, 27 iyun /Trend/

"Baku Steel Company" MMC-də Almaniyanın "SMS Siemag" şirkətinin nümayəndələri ilə görüş keçirilib.

MMC-nin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, görüş zamanı "Baku Steel Company"nin Hövsanda açılacaq yeni zavodunun layihəsi ilə bağlı müzakirələr aparılıb. Yeni zavodun inşası ilə bağlı "SMS Siemag" şirkəti öz təkliflərini BSC rəhbərliyinə təqdim edib.

Qeyd edək ki, illik istehsal gücü 1 milyon ton nəzərdə tutulan yeni metallurgiya zavodu yüksək standartlara cavab verən ən müasir texnologiyalarla təchiz olunacaq.

Layihəyə əsasən, istehsal zamanı ətraf mühitin mühafizəsi məsələləri də ön plandadır.

Hövsanda açılması nəzərdə tutulan yeni zavodda 1000-dən çox iş yerinin açılması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti