...

İcbari Sığorta Bürosunun iştirakçılarının sayı 12-yə çatdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyun 2012 18:57 (UTC +04:00)
Azərbaycanın "Azərbaycan Sənaye Sığorta" ASC İcbari Sığorta Bürosunda daxil olan 12-ci şirkət olub.
İcbari Sığorta Bürosunun iştirakçılarının sayı 12-yə çatdı

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir A.Axundov/

Azərbaycanın "Azərbaycan Sənaye Sığorta" ASC İcbari Sığorta Bürosunda daxil olan 12-ci şirkət olub. Bu barədə cümə axşamı Trend-ə bürodan bildiriblər.

"Şirkət daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə icbari sığorta növlərini həyata keçirmək üçün iyunun 27-də reyestrə daxil edilib", - bürodan qeyd ediblər.

Xəbər lenti

Xəbər lenti