...

flydubai İraqla hava nəqliyyatını genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2012 13:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir E.İsmayılov/

Dubayın qənaətcil flydubai aviaşirkəti Bəsrə şəhərinə uçuşlar həyata keçirəcək. Trend-in məlumatına gögrə, bu barədə bazar ertəsi aviaşirkətin yaydığı məlumatda deyilir. 2012-ci il, avqustun 8-dən etibarən, aviaşirkət həftədə dörd dəfə uçuşlar həyata keçirəcək.

Bağdad, Nəcəf, Suleymaniyyə və Ərbildən sonra, Bəsrə flydubai aviaşirkətinin marşrut xəritəsində beşinci İraq şəhəri oldu. Hazırda flydubai İraqa marşrutların sayına görə regionda ilk yeri tutur.

2011-ci ilin yekunlarına görə Birləşmiş Ərəb Əmirlikləri və İraq arasında ticarət dövriyyəsi 4,5 milyard ABŞ dollarından artıq olub. "2010-cu ildə Ərbil və Suleymaniyyə şəhərlərinə uçuşlara başlamaqla nümayiş etdirdik ki, yerli bazar bizim üçün mühüm əhəmiyyət kəsb edir. Yeni istiqamətlərin açılması, hava yolu çatlşmamazlığı ilə üzləşən, lakin inkişafda olan regionların aşkarlanmasına yönələn strategiyamızın davamıdır. Ümid edirik ki, marşrut şəbəkəmizin inkişafı BƏƏ və İraq arasında sərnişin axınının bundan sonra da genişlənməsinə səbəb olaraq, işgüzar aləm və Əmirliklərdə yaşayan minlərlə iraqlılara fayda verəcək", - ölkələr arası əməkdaşlığın genişlənməsini şərh edən flydubai aviaşirkətinin prezidenti Qeyt Əl Qeyt deyir.

İraqda energetika, tikinti-inşaat, parakəndə ticarət və kənd təsərrüfatı kimi sahələrdə bərpa işləri sürətlə gedir. Təbii ki, yeni aviareyslərin açılması, ilk növbədə, yerli iş adamlarının tələbatlarına uyğun olacaq. Eyni zamanda, İraq turistləri çoxsaylı tarixi və dini abidələri ilə cəlb edir.

Dubay - Bəsrə aviareysinə gediş-dönüş qiyməti 600 ABŞ dollarından başlayır. Aviaşirkətin tariflərinə, vergi və rüsumlar daxil olmaqla, çəkisi 7 kiloya qədər olan əl yükü, 1 kiçik çanta və yaxud 1 noutbuk (çexolda) daxildir. 20 kilo baqaj yükünün daşınma qiyməti 14 ABŞ dollarından başlayır, ayaqlar üçün geniş sahəsi olan yerlərdə oturmaq üçün əlavə olaraq 28 ABŞ dolları ödəmək lazımdır.

Dubayla Basra arasında reyslərə biletləri flydubai aviaşirkətinin saytı vasitəsi ilə (www.flydubai.com), telefon ilə - Dubayda (+9714 231 1000) və yaxud turizm şirkətlərindən əldə etmək olar.

Dubayın birinci büdcə aviaşirkəti "Flydubai" Dubay hökuməti tərəfindən 2008-ci ilin martında yaradılıb və 2009-cu il iyunun 1-də uçuşlarını yerinə yetirməyə başlayıb. Hal-hazırda aviaşirkət marşrut şəbəkəsini 46 istiqamətə kimi (Fars körfəzi, Yaxın Şərq, Şimali Afrika, Hindistan, Kiçik Asiya və Avropanın bir hissəsi daxil olmaqla) genişləndirib. Bu ərazilər üzərində aviaşirkətin 21 təyyarəsi hava nəqliyyatı xidməti göstərir.

Xəbər lenti

Xəbər lenti