Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir A.Axundov/
Mərkəzi Bank yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 2012-ci ilin yanvar-iyun aylarında 34,84 milyon manat və ya 44 milyon dollardan çox kredit verilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı AİF-in saytında dərc edilən statistik hesabatda deyilir.
AİF-in xətti ilə maliyyələşdirməyə başlanandan - 2006-cı ildən 2012-ci ilin iyulunadək - 380 milyon manatdan çox ipoteka krediti ayrılıb.
2012-ci ilin yanvar-iyun ayları ərzində bankların əvvəllər ayırdığı kreditlərin yenidən maliyyələşməsinin ümumi həcmi 44,46 milyon manat təşkil edib.
Bu ilin altı ayı ərzində AİF 20 milyon manat həcmində istiqrazlar yerləşdirib.