Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir A.Axundov/
2012-ci ilin yanvar-iyun ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 54,3 faiz artaraq 5,748 milyard manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı BFB-nin yaydığı məlumatda deyilir.
Ölkənin fond bazarının belə artımı dövlət qiymətli kağızlar bazarının 63,62 faiz artması, korporativ qiymətli kağızlar bazarının isə 49,08 faiz azalması hesabına baş verib.
Dövlət qiymətli kağızlar bazarı 5,59 milyard manata çatıb. Buna repo-əməliyyatların 80,78 faiz çoxalması və Mərkəzi Bankın notları ilə əməliyyatların 25,25 faiz artması təsir edib.
Yanvar-iyun aylarında 156,2 milyon manat təşkil edən korporativ qiymətli kağızlar bazarında azalma korporativ istiqrazlarla əməliyyatların həcminin 50 faizdən çox azalması ilə izah edilir.
Korporativ qiymətli kağızlar üzrə BFB-də keçirilmiş hərracların müqayisəli cədvəli (2012-ci ilin yanvar-iyun ayları):
Bazarın seqmentləri |
30.06.2012 |
30.06.2011 |
Faiz nisbəti |
||
Əqdlərin həcmi, AZN |
Əqdlərin sayı |
Əqdlərin həcmi, AZN |
Əqdlərin sayı |
||
Korporativ istiqrazlar - (yerləşdirmə) |
32 185 335,00 |
53 |
72 080 584,00 |
48 |
44,65% |
Korporativ istiqrazlar - (təkrar bazar) |
83 782 802,71 |
32 |
176 689 238,85 |
49 |
47,42% |
Səhmlər - (yerləşdirmə) |
35 451 602,55 |
47 |
53 549 232,00 |
81 |
66,20% |
Səhmlər - (təkrar bazar) |
4 780 883,77 |
1 810 |
4 455 273,50 |
1 624 |
107,31% |
KQK bazarı, həcmi |
156 200 624,03 |
1 942 |
306 774 328,35 |
1 802 |
50,92% |
Dövlət sektoru üzrə BFB-də keçirilmiş hərracların müqayisəli cədvəli (2012-ci ilin yanvar-iyun ayları):
Bazarın seqmentləri |
30.06.2012 |
30.06.2011 |
Faiz nisbəti |
||
Əqdlərin həcmi, AZN |
Əqdlərin sayı |
Əqdlərin həcmi, AZN |
Əqdlərin sayı |
||
Dİ (AR MN) - (yerləşdirmə) |
35 753 471,07 |
15 |
173 869 168,77 |
103 |
20,56% |
Dİ (AR MN) - (təkrar bazar) |
1 325 851,92 |
2 |
20 224 687,58 |
20 |
6,56% |
Notlar (AR MB) - (yerləşdirmə) |
604 249 270,36 |
145 |
482 453 357,93 |
172 |
125,25% |
Notlar (AR MB) - (təkrar bazar) |
12 486 939,02 |
8 |
9 555 687,77 |
5 |
130,68% |
Repo əməliyyatları |
4 938 350 331,89 |
659 |
2 731 753 699,47 |
605 |
180,78% |
DQK bazarı cəmi |
5 592 165 864,26 |
829 |
3 417 856 601,52 |
905 |
163,62% |
İxtisarlar:
Dİ - dövlət istiqrazları
AR MN - Azərbaycan Respublikası Maliyyə Nazirliyi
AR MB - Azərbaycan Respublikasının Mərkəzi Bankı
DQK - Dövlət qiymətli kağızları
KQK- Korporativ qiymətli kağızları