...

Qızılca qırmadaş zavodunun ikinci istehsalat xətti və yeni bunkeri istismara verildi (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyul 2012 09:39 (UTC +04:00)
Qızılca qırmadaş zavodunun ikinci istehsalat xətti və yeni bunkeri istismara verildi
Qızılca qırmadaş zavodunun ikinci istehsalat xətti və yeni bunkeri istismara verildi (FOTO)

Azərbaycan, Bakı, 5 iyul /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 iyul 2010-cu ildə imzaladığı "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamın icrası istiqamətində həyata keçirilən işlər yeni mərhələyə qədəm qoyub. Dövlət Proqramı çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yol əsaslı təmir olunur.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu günə kimi 94 km yol əsaslı təmir olunub. Təmir olunan yolların ballast qatını yaratmaq üçün qırmadaşdan istifadə olunur. Tələb olunan qırmadaşın bir qismini "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Göygöl rayonu ərazisində yerləşən Qızılca qırmadaş zavodu təmin edir.

Bu günlərdə zavodun ikinci istehsal xətti və yeni bunker istismara verildi. Tədbirdə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Qurban Nəzirov, İnfrastruktur Departamentinin rəisi Füzuli Quliyev, Sənaye, nəqliyyat və avadanlıqlar şöbəsinin rəisi Şəfi Həsənov, Yük daşımaları Departamenti rəisinin Qərb istiqaməti üzrə müavini Füzuli Kərimov, "Əsaslı Təmir və Texniki Nəzarət" MMC-nin rəisi Sabir Məhərrəmov, Qızılca qırmadaş zavodunun direktoru Arif Məmmədov və zavodun kollektivi iştirak edirdi.

Məlumt üçün deyək ki, Qızılca qırmadaş zavodu 1959-cu ildən fəaliyyət göstərir və dəmir yolunun çınqıla olan tələbatını yerinə yetirir. Zavodun sutkalıq istehsal gücü 300-350 kub-metrdir.

Keçən ildən başlayaraq Dövlət Proqramı çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmir olunması çınqıla olan tələbatı artırıb. Yeni istehsal xəttinin və buneckerin istifadəyə verilməsi zavodun istehsal gücünü ikiqat artırmaqla yanaşı, əsaslı təmir olunan yolların ballast qatının böyük qisminin həmin məhsulla təminatına zəmin yaradacaq.

Xəbər lenti

Xəbər lenti