...

Baş nazir: Belarus Azərbaycanla investisiya əməkdaşlığının inkişafında maraqlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2012 12:27 (UTC +04:00)
Belarus Azərbaycanla investisiya əməkdaşlığının inkişafında maraqlıdır. Bu barədə Belarusun Baş naziri Mixail Myasnikoviç Azərbaycanın maliyyə naziri Samir Şərifovla görüşündə bildirib.
Baş nazir: Belarus Azərbaycanla investisiya əməkdaşlığının inkişafında maraqlıdır

Azərbaycan, Bakı, 6 iyul /Trend/

Belarus Azərbaycanla investisiya əməkdaşlığının inkişafında maraqlıdır. Bu barədə Belarusun Baş naziri Mixail Myasnikoviç Azərbaycanın maliyyə naziri Samir Şərifovla görüşündə bildirib.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, hökumət başçısı Belarusla Azərbaycan arasında ikitərəfli münasibətlərin yüksək səviyyəsini, eləcə də bir çox hallarda birgə layihələrin yerinə yetirilməsinə kömək edən dövlət başçıları arasında səmimi münasibətləri qeyd edib.

"İki ölkənin Maliyyə nazirlikləri arasında da sıx əməkdaşlıq inkişaf edir. Güman edirəm ki, biz ticarət etməyi yaxşı öyrənmişik, lakin bu, keçilmiş mərhələdir. İnvestisiya əməkdaşlığını inkişaf etdirmək lazımdır, habelə sizin logistika mərkəzini tikmək lazımdır. Biz vaqonqayırma sahəsində də tərəfdaşlığın imkanlarını öyrənməliyik", - Baş nazir deyib.

Myasnikoviçin sözlərinə görə, digər iri investisiya layihələrinin həyata keçirilməsi üçün iki ölkənin kifayət qədər potensialı var. Belarus, habelə Azərbaycanla investisiya əməkdaşlığının inkişafında da maraqlıdır. Bu sahədə artıq işıq diodları, nano və biotexnologiyalar üzrə birgə layihələr nəzərdə tutulub. Baş nazir əmindir ki, bu layihələr dəyərinə görə o qədər də irimiqyaslı deyil, lakin iki ölkənin qarşılıqlı fəaliyyətinin möhkəmləndirilməsi üçün yaxşı əsasdır.

Məlumatda deyilir ki, səfər çərçivəsində maliyyə naziri Şərifov Belarus Baş nazirinin müavini Mixail Rusiy, maliyyə naziri Andrey Xarkoves, Milli Bankın sədri Nadejda Yermakova və əmək və sosial müdafiə naziri Marianna Şatkina ilə də ayrı-ayrılıqda görüşlər keçirib. Görüşlərdə iki ölkə arasında əlaqələrin uğurla inkişaf etdiyi bir daha vurğulanıb, iqtisadi, o cümlədən maliyyə, investisiya, bank, sığorta, yeni istehsal sahələrinin açılmasına dair Azərbaycan-Belarus əməkdaşlığının genişləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti