...

"Unibank" faizsiz kredit xətti ilə “Albalı” taksit kartlarının buraxılışına başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2012 16:15 (UTC +04:00)
“Unibank” faizsiz kredit xətti ilə xüsusi bonuslar qazanmaq imkanı verən “Albalı” kartlarının buraxılışına başlayır.
"Unibank" faizsiz kredit xətti ilə “Albalı” taksit kartlarının buraxılışına başlayır

Azərbaycan, Bakı, 13 iyul /Trend/

"Unibank" faizsiz kredit xətti ilə xüsusi bonuslar qazanmaq imkanı verən "Albalı" kartlarının buraxılışına başlayır. Bankdan Trend-ə verilən məlumata görə, illik faiz dərəcəsi 0% və komissiyaları 0% olan taksit kartları artıq müştərilərə tam pulsuz olaraq təqdim olunur.

Yeni kartlar üzrə açılan kredit xəttlərinin məbləği 3000 AZN, müddəti isə 48 ayadək olacaq. "Albalı" kartları yalnız Bankın tərəfdaşları olan mağazalar və xidmət məntəqələrində qəbul olunur və nağdsız əməliyyatlar üçün nəzərdə tutulub. Bu zaman kreditə alınan malların ödənilməsi hissə-hissə (12 ayadək) aparılır və hər növbəti ayın 1-dən 10-dək həyata keçirilir. Ən əsası isə "Albalı" kartı ilə POS-terminallarda aparılan hər bir əməliyyatdan müəyyən bir faiz müştərilərə bonus kimi qaytarılır.

"Albalı" kartları üzrə təqdim olunan kreditlərin məbləği 250 AZN-dən başlayır. Qeyd edək ki, bu kredit kartlarının cəlb olunması üçün zamin tələb olunmur. "Albalı" kartları üzrə "Unibank" tərəfdaşlarının daima yenilən siyahısı ilə www.unibank.az saytında tanış olmaq olar.

"Albalı" kart haqqında ətraflı məlumat almaq və ya "Unibank"-la tərəfdaşlıq etmək istəyən müştərilər, mağaza və xidmət məntəqələri 117 telefon nömrəsi və ya [email protected] elektron ünvanı vasitəsi ilə Bankla əlaqə saxlaya bilərlər.

Xəbər lenti

Xəbər lenti