...

İsrailin aviauçuşlara qoyduğu məhdudiyyət Azərbaycana şamil edilmir

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyul 2012 11:24 (UTC +04:00)
İsrail hökumətinin Bolqarıstandakı terror aktından sonra bir sırar ölkələrə uçuşların dayandırılması barədə qərarı Azərbaycana şamil edilmir.
İsrailin aviauçuşlara qoyduğu məhdudiyyət Azərbaycana şamil edilmir

Azərbaycan, Bakı, 20 iyul / Trend , mübir S.Ağayeva/

İsrail hökumətinin Bolqarıstandakı terror aktından sonra bir sıra ölkələrə uçuşların dayandırılması barədə qərarı Azərbaycana şamil edilmir. Bu barədə cümə günü Trend-ə İsrailin Bakıdakı səfirliyindən məlumat verilib.

"The Jewish Week" qəzetinin yazdığına görə, İsrail hökuməti Burqas (Bolqarıstan) aeroportundakı terror aktından sonra təhlükəsizlik məqsədilə bəzi ölkələrə, o cümlədən Türkiyəyə, Bolqarıstana, Xorvatiyaya, Serbiyaya, Yunanıstana, CAR-a və Tailanda uçuşların dayandırılması barədə qərar qəbul edib.

İyulun 18-də Bolqarıstanın Burqas aeroportunda içərisində İsrail turistlərin olduğu avtobus partladılıb.Terror aktı nəticəsində 7 nəfər həlak olub. Onlardan beşi İsrail vətəndaşıdır. Yerli KİV həlak olan digər iki nəfərin Boqlqarıstan vətəndaşı olduğunu qeyd edir. Son məlumatlara görə, 35 nəfər yaralanıb. Bolqarıstan DİN insidenti terror aktı kimi qiymətləndirib.

Səfirlikdən bildiriblər ki, Bakı ilə Təl-Əviv arasında aviareyslər gündəlik həyata keçirilmir. Bununla əlaqədar İsrail hökumətinin qərarı onlara aid edilmir.

Bakı-Təl-Əviv marşrutu üzrə aviareyslər həftədə iki dəfə, çərşənbə və bazar günləri həyata keçirilir. Təyyarə Bakıdan yerli vaxtla saat 09:35-da uçur.

Bu marşrut üzrə uçuşlar "Azərbaycan Hava Yolları" QSC tərəfindən həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti