...

"Çin-Avrasiya" beynəlxalq sərgisində Azərbaycan şirkətləri üçün 4 stend ayrılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2012 17:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyul /Trend/

Çin hökumətinin dəstəyi ilə 1-5 sentyabr 2012-ci il tarixində Urumçi şəhərində ikinci EXPO "Çin-Avrasiya" dövlət əhəmiyyətli beynəlxalq sərgisinin keçirilməsi nəzərdə tutulub.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) Trend-ə verilən məlumata görə, sərgidə qida, tikinti, nəqliyyat və logistika, tekstil, qadın və kişi geyimləri, kənd təsərrüfatı texnikası və s. sahələr əhatə ediləcək.

Bundan əlavə, təşkilatçılar tərəfindən sərgi məkanında Azərbaycan şirkətləri üçün hər biri 9 kvadratmetr olmaqla pulsuz olaraq 4 stend ayrılması nəzərdə tutulub.

Sərgi sahəsi 80 min metr ərazini əhatə etməklə 6 sərgi zonasından ibarət olacaq.

Sərgi barədə daha ətraflı məlumat almaq üçün Biznes Məlumat Mərkəzinin direktoru Anar Qasımlı ilə əlaqə saxlamaq olar:
Tel.: (+99412) 598 01 47/48 (daxili 104)
E-mail: [email protected]

Xəbər lenti

Xəbər lenti