Azərbaycan, Bakı, 31 iyul/Trend, müxbir İ. Xəlilova/
"Temza Sığorta Qrupu" şirkəti iyulun 26-da adını "Buta Sığorta" ASC-yə dəyişib. Trend-in məlumatına görə, şirkətin rebrendinqi (ad dəyişimi) səhmdarların tərkibinin dəyişməsi ilə əlaqədardır.
Şirkətin İdarə Heyətinin yeni sədri Abbas Babayevin əvvəl verdiyi məlumata görə, şirkətin hazırda 6 səhmdarı var. Bunlar "Bank of Baku", "Baku Electronics", "Baku Service Company", "Auto Azerbaijan" və "Qafqaz Lizinq"dir.