...

Bakıda saxta endirim kampaniyasının qarşısı alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 İyul 2012 17:05 (UTC +04:00)
Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 43 ünvanında Mürteza Öztürkə məxsus mağazada aparılan yoxlama zamanı, mağazada "Endirim, keyfiyyətli türk malları ən ucuz qiymətlərlə" qeyri-dəqiq reklamından istifadə edilməklə istehlakçıların aldadılması halı müəyyən olunub.
Bakıda saxta endirim kampaniyasının qarşısı alınıb

Azərbaycan, Bakı, 31 iyul /Trend/

Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 43 ünvanında Mürteza Öztürkə məxsus mağazada aparılan yoxlama zamanı, mağazada "Endirim, keyfiyyətli türk malları ən ucuz qiymətlərlə" qeyri-dəqiq reklamından istifadə edilməklə istehlakçıların aldadılması halı müəyyən olunub. Belə ki, satışda olan mallara heç bir endirimin tətbiq olunmadığı aşkarlanıb.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, bundan başqa, qeyd olunan reklamda qanunvericiliyin tələblərinə əməl edilmədiyi, qanunvericiliyə zidd olaraq "ən" terminindən istifadə edildiyi, habelə reklamın aidiyyatı strukturlardan icazə alınmadan yayımlandığı aşkar olunub.

Qanunsuz reklamın yayımının dayandırılması barədə Dövlət Xidməti tərəfindən təsərrüfat subyektinə müvafiq göstəriş verilib.

Araşdırmalar davam edir.

İstehlakçılardan endirimli qiymətlərlə mal təklif edən ticarət obyektlərində endirimlərin düzgün tətbiq olunmaması halları ilə rastlaşdıqda, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə (əlaqə telefonları: 498-15-01 və 498-15-04) müraciət etmələri xahiş edilir.

Xəbər lenti

Xəbər lenti