...

Azərbaycanın daha bir sığorta şirkəti İcbarı Sığorta Bürosunun üzvü olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Avqust 2012 14:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 avqust /Trend/

Beynəlxalq Sığorta Şirkəti İcbari Sığorta Bürosunun tənzimlədiyi 4 icbari sığorta növünə icazənin verilməsi üçün Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinə müraciət edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü şirkətin yaydığı məlumatda deyilir.

Şirkət 13 iyul 2012-ci ildə Maliyyə Nazirliyi tərəfindən sığorta fəaliyyətinə müddətsiz lisenziya alıb.

"Müraciətlə yanaşı Büroya üzv olmaq üçün şirkətin müvafiq tələblərə cavab verməsinə dair sənədlər də təqdim edilib. Bu, ən azı 10 regional nümayəndəliklərinin və Büronun şəbəkəsi ilə integrasiya edilmiş proqram təminatının mövcud olması tələbləridir" , - şirkətin məlumatında deyilir.

Beynəlxalq Sığorta Şirkəti isə Büro üzvlərinə qarşı qoyulan tələbləri çərçivəsində 1 iyul 2012-ci il tarixinədək Azərbaycanın bütün 10 iqtisadi zonasında regional nümayəndəliklər açıb. Eyni zamanda, şirkət Büro sisteminə qoşulmaq və icbari sığorta növləri üzrə kargüzarlıq əməliyyatlarının aparılması üçün istifadə edilən xüsusi proqram təminatı əldə edib.

Hazırda, Beynəlxalq Sığorta Şirkətinin məcmu kapitalı 5,5 milyon manata yaxındır və bu Büroya üzv olmaq üçün kifayətdir.

Beynəlxalq Sığorta Şirkəti Azərbaycanın sığorta bazarının böyük sığorta şirkətlərindən biridir. Şirkət Azərbaycan Beynəlxalq Bankı tərəfindən 2002-ci ildə təsis edilib və hazırda müştərilərə 34 növ sığorta xidməti göstərir.

Xəbər lenti

Xəbər lenti