...

"Moody's" Azərbaycanın bank sistemi üzrə proqnozu sabit saxlayıb (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Avqust 2012 15:26 (UTC +04:00)
Azərbaycanın bank sistemi üzrə proqnoz sabit olaraq qalır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Moody's Investors Service" beynəlxalq reytinq agentliyinin "Bank sisteminin perspektivləri" adlı hesabatında deyilir.
"Moody's" Azərbaycanın bank sistemi üzrə proqnozu sabit saxlayıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir A.Bədəlova/

Azərbaycanın bank sistemi üzrə proqnoz sabit olaraq qalır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Moody's Investors Service" beynəlxalq reytinq agentliyinin "Bank sisteminin perspektivləri" adlı hesabatında deyilir.

Agentlik belə perspektivlərin müstəsna faktorları arasında iş üçün əlverişli şəraiti, kapitallaşmanın aşağı templərinə baxmayaraq, bankın aktivlərinin keyfiyyətinin yaxşılaşması, likvidliyin kifayətedici buferi və bank sektorunun mənfəətinin nisbi yaxşılaşmasını göstərib.

Hesabatda deyilir ki, proqnozlaşdırılan 12-18 ay ərzində əlverişli makroiqtisadi şərait bank sektoru üçün sabit proqnozu saxlayacaq. "Moody's"in hesablamalarına görə, neftə istiqamətlənmiş Azərbaycan iqtisadiyyatı 2012-2013-cü illərdə (2012-ci ildə 5,7 faiz, 2013-cü ildə isə 5,1 faiz) sabit artacaq. 2011-ci ildə Azərbaycan iqtisadiyyatı 0,1 faiz artıb.

"İqtisadiyyatın artımı neft ixracatı və dövlət xərclərinin həcminin artması hesabına baş verəcək ki, bu da ölkədə qeyri-neft sektorunun inkişafını və kreditləşmənin həcmlərinin artımını saxlayacaq. Bundan başqa, bankın nüfuz dairəsi aşağı səviyyədə qalmaqda davam edir ki, bu da bankları uzunmüddətli artım imkanları ilə təmin edir", - agentliyin ekspertləri hesab edirlər.

Hesabatda bildirilir ki, bankların aktivlərinin keyfiyyəti orta hesabla proqnozlaşdırılan dövr ərzində yaxşılaşacaq, kapital səviyyəsi isə çox güman ki, Azərbaycanın əksər banklarında sabit qalacaq. Problemli kreditlərin səviyyəsi 2012-ci ilin sonuna olan bankların kredit portfelinin məcmu həcmindən 13 faizə enəcək. 2011-ci ilin sonuna bu rəqəm 16 faiz təşkil edib. Bu, əlverişli iqtisadi mühitlə dəstəklənəcək.

Azərbaycanın əksər bankları kifayət qədər likvidlik aktivlərinin həcmini saxlayırlar. Banklar pərakəndə maliyyələşdirməyə zəif əsaslanmaqla nisbi sabit bazaya malikdirlər. Buna rəğmən, "Moody's" qeyd edir ki, pərakəndə əmanətçilərin ölkənin bank sektoruna etimadı zəifdir və bankların uzunmüddətli maliyyələşdirməyə çıxışı məhduddur. Bu da bazarda sarsıntılar olduğu zaman likvidlik riskini artırır.

"Bankların çoxu 2011-ci ildə rentabellik göstəricilərini yaxşılaşdırıblar", - hesabatda deyilir.

"Moody's" gözləyir ki, kreditləşmənin yüksək həcmləri, əhəmiyyətli faiz marjası və aktivlərin sabit keyfiyyəti proqnozlaşdırılan dövrdə rentabelliyin nisbi yaxşılaşmasına səbəb olacaq.

Xəbər lenti

Xəbər lenti