...

Naxçıvan-Zaqatala aviareysi açılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Avqust 2012 13:28 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" QSC avqustun 8-dən Naxçıvan-Zaqatala marşrutu üzrə yeni daxili aviareys açır.
Naxçıvan-Zaqatala aviareysi açılır

Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir E.İsmayılov/

"Azərbaycan Hava Yolları" QSC avqustun 8-dən Naxçıvan-Zaqatala marşrutu üzrə yeni daxili aviareys açır. Bu barədə şənbə günü Trend-ə QSC-dən bildiriblər.

Məlumata əsasən, aviareys həftədə iki dəfə - çərşənbə və cümə günləri həyata keçiriləcək. Təyyarə Naxçıvandan yerli vaxtla saat 11:40-da uçacaq.

Bir istiqamətə biletin qiyməti 49 manatdır.

Xəbər lenti

Xəbər lenti