...

Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri bahalaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Avqust 2012 20:18 (UTC +04:00)
İyul ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 5,7 faiz bahalaşıb.
Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri bahalaşıb

Azərbaycan, Bakı, 6 avqust /Trend/

İyul ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 5,7 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ay ərzində mədənçıxarma sənayesi üzrə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 7,6 faiz təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 7,6 faiz, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə 1,2 faiz bahalaşıb.

İyul ayında emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi 96,1 faiz təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 13,6 faiz, zərgərlik, musiqi, idman və tibb avadanlıqlarının istehsalı üzrə 6,4 faiz, kimya sənayesi və neft məhsullarının istehsalı üzrə 5,6 faiz, tikinti məmulatlarının istehsalı üzrə 4,5 faiz, toxuculuq sənayesi üzrə 3,1 faiz, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 1,4 faiz, qida məhsullarının istehsalı üzrə 1,0 faiz, kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 0,9 faiz, mebel istehsalı üzrə 0,6 faiz, əczaçılıq məhsullarının istehsalı üzrə isə 0,4 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı, metallurgiya sənayesi və maşın və qoşquların istehsalı üzrə 0,3 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 0,2 faiz ucuzlaşıb.

Dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 7,1 faiz, geyim istehsalı üzrə 4,0 faiz, tütün məmulatlarının istehsalı üzrə 1,3 faiz, poliqrafiya fəaliyyəti üzrə 0,7 faiz, içki istehsalı üzrə 0,2 faiz, maşın və avadanlıqların istehsalı üzrə 0,1 faiz bahalaşıb.

Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi üzrə istehsalçı qiymətləri 0,2 faiz bahalaşıb.

Xəbər lenti

Xəbər lenti