...

"Rabitəbank"ın nizamnamə kapitalı 14 faizdən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Avqust 2012 11:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 avqust /Trend/

"Rabitəbank" ASC-nin iymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən dövlət qeydiyyatına alınmış adi, sənədsiz adlı səhmlərinin yerləşdirilməsi başa çatıb. Bu barədə Trend-ə bankdan məlumat verilib.

Yerləşdirilmiş səhmlərin hər birinin nominal dəyəri 20,29 manat, sayı 134 100 ədəd, emissiyanın ümumi həcmi isə 2 720 889 manat təşkil edib. Yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası (BFB) vasitəsi ilə keçirilib.

Yerləşdirmədən sonra bankın nizamnamə kapitalı 14,4 faiz artaraq 21 605 928,24 manata çatıb və balans kapitalı 25,5 milyom manat təşkil edir. Səhmlərin yerləşdirilməsində anderrayter rolunda "Chelsea Capital" MMC çıxış edib.

Qeyd edək ki, "Rabitabank" ASC 1993-cü ildən fəaliyyət göstərir. Hazırda bankın, ölkənin 14 regionunda təmsil olunmağla, 18 filialı, 2 şöbəsi və 1 nümayəndəliyi fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti