...

Bakıda məhkəmə kompleksinin tikintisi üzrə tender elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Avqust 2012 15:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 avqust /Trend, müxbir Ə.Həsənov /

Azərbaycanın Ədliyyə Nazirliyi Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi və Bakı İnzibati-İqtisadi Məhkəməsinin yeni inzibati binasının tikintisi (məhkəmə kompleksi) üzrə tender élan edib.

Bu barədə şənbə gün rəsmi mətbuatda dərc olunmuş məlumatda deyilir.

Tenderdə iştiraka görə ödəniş 250 manatdır.

Tender təklifləri 3 oktyabr saat 15.00-dan gec olmayaraq Azərbaycanın Ədliyyə Nazirliyinə göndərilməlidir. Ünvan: Bakı şəhəri, İnşaatçılar prospekti 1, 5-ci mərtəbə, otaq 505. Əlaqə telefonu: (012) 510 85 59/60, faks: (012)510 76 72, elektron ünvan:[email protected].
Tender təkliflərinin açılışı 3 oktyabr saat 15.01-də başlayacaq. Tikintinin müddəti 16,5 ay təşkil edir.

Tender təklifləri 350 min manat məbləğində bank zəmanəti yaxud elə bu məbləğdə başqa azad konversiya edilən valyuta müşaiyət olunmalıdır.

DB-nin Direktorlar Şurası 2006-cı il iyunun 29-da Azərbaycanın məhkəmə-ədliyyə sistemi üçün krediti təsdiq edib. Layihənin ümumi dəyəri 35,6 milyon dollar təşkil edir. Bankın kredit payı 21,6 milyon dollardır. Yaponiyanın xüsusi fond hesabından 3 milyon dollar qrant ayrılıb, Azərbaycan hökumətinin iştirak payı 11 milyon dollardır. Layihə beş ilə hesablanıb.

Xəbər lenti

Xəbər lenti