...

Qaradağ rayonunda investisiya layihələrinin qəbulu elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Sentyabr 2012 13:30 (UTC +04:00)
Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Bakının Qaradağ rayonunda prioritet sahələrin maliyyələşdirilməsi məqsədilə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.
Qaradağ rayonunda investisiya layihələrinin qəbulu elan edilib

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir Ə.Həsənov/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Bakının Qaradağ rayonunda prioritet sahələrin maliyyələşdirilməsi məqsədilə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb. Trend-in məlumatına görə, bu barədə şənbə günü nazirliyin məlumatında deyilir.

Nazirliyin mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb.

SKMF tərəfindən Qaradağ rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- müasir çörək istehsalı müəssisəsinin yaradılması;
- müasir ət kəsimi müəssisəsinin yaradılması;
- kiçik və ya orta həcmli tikişçilik və toxuculuq müəssisələrinin yaradılması;
- müasir şüşə istehsalı müəssisəsinin yaradılması.

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar. Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172

Telefon: (012) 434-74-29; Faks: (012) 432-37-17

e-mail: [email protected]

Xəbər lenti

Xəbər lenti